Ceyhan terminalına Heydər Əliyevin adını qardaş Türkiyə verib

 

Heydər Əliyev yenilməz iradə nümayiş etdirərək özünün şah əsərlərindən olan Bakı-Tbilisi-Ceyhan kəmərini gerçəkliyə çevirdi. Tikinti mərhələsində ortaya çıxan növbəti problemi - layihənin maliyyələşməsi məsələsini də dünyadakı siyasi nüfuzu sayəsində həll etdi.

Beləliklə, BTC-nin bədxahları bu dəfə də "tərk-silah" oldu. Nəhayət, 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə kəmərin tikintisinin maliyyələşdirilməsi ilə bağlı yekun sənədlər imzalandı.

Tədbirə Gürcüstan və Türkiyə hökumətlərinin, dünyanın müxtəlif ölkələrindən BTC-nin səhmdarlarının və kreditorlar qrupunun nümayəndələri gəlmişdilər. Bir gün bundan əvvəl isə Prezident İlham Əliyev Türkiyənin ovaxtkı energetika və təbii ehtiyatlar nazirionun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Nümayəndə heyəti söhbət zamanı vurğuladı ki, Bakı-Tbilisi-Ceyhan layihəsi Türkiyənin də son dərəcə böyük əhəmiyyət verdiyiciddi surətdə izlədiyi bir layihədir: "Bu layihənin yerinə yetirilməsi vaxtında başa çatdırılacaqdır. Biz bununla əlaqədar bütün işləri görmüşük... Layihənin vaxtında tamamlanacağına heç bir şübhə yoxdur. Eyni zamanda bu layihənin ən önəmli nöqtəsi olan Ceyhan terminalına mərhum Prezident Heydər Əliyevin adını vermək istəyirik. Beləliklə, bu adı daşımaqla Ceyhan terminalı daha böyük əhəmiyyət və məna kəsb edəcəkdir. Biz bundan çox böyük xoşbəxtlik duyacağıq".

Xatırladaq ki, BTC-yə Heydər Əliyevin adının verilməsi təşəbbüsü layihənin səhmdarlarının təşəbbüsü olmuşdu. Türkiyə hökuməti isə Ceyhan terminalına da Ulu Öndərin adının verilməsi qərarına gəlmişdi. Belə qərarların verilməsi yerinə düşürdü. Başqa sözlə, bunlar Ümummilli Liderin halal haqqı idi. Dünyanın bir çox görkəmli siyasətçilərinin də qeyd etdiyi kimi, əgər Heydər Əliyev olmasaydı, BTC də olmazdı.

Heydər Əliyev adına Ceyhan terminalı Xəzər dənizindəki yataqlardan hasil olunan karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan kəmərinin vasitəsilə qəbul edir. Terminal Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşir. Bakı-Tbilisi-Ceyhan kəmərinin gətirdiyi neft burada tankerlərə yüklənir və dünya bazarlarına göndərilir.

Ceyhan terminalı 144 hektar ərazini əhatə edir. Burada hər birinin tutumu bir milyon barel olan, üzən damlı yeddi xam neftsaxlama çəni var. Onların diametri 100, hündürlüyü isə 20 metrdir. Hərəsinin tam yükqaldırma qabiliyyəti 300 min tona qədər olan iki tankeri eyni zamanda yükləməyə imkan verən iki yanalma körpüsünə malik, uzunluğu 2,6 kilometr təşkil edən xam neft ixracı limanı terminalın əsas infrastrukturlarındandır. Burada monitorinq idarəetmə üçün ehtiyat sistem fəaliyyət göstərir. Qeyd edək ki, əsas idarəetmə Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalından həyata keçirilir.

Ceyhan terminalında, eləcə neftsaxlama çənlərindən tankeryükləmə ərazisinə qədər 6 kilometrlik xətlər uzanır. Sahədə həmçinin çirkab suları təmizləyən qurğular quraşdırılıb. İnzibati obyektlər yaşayış obyektləri bu terminalın həm miqyasına, həm əhəmiyyətinə bir daha diqqət çəkir.

Terminalın illik ixrac imkanı 50 milyon ton neft təşkil edir. Terminal Türkiyə ərazisində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatoru - Türkiyənin dövlət şirkəti olan "Botas International Limited" (BIL) tərəfindən istismar edilir. Obyekt 2006-cı ilin mayından istismardadır.

Həmin vaxtdan bəri Azərbaycan qardaş Türkiyə ilə birlikdə daha neçə-neçə layihələr gərçəkləşdirib. İndi bu layihələr daha geniş coğrafiyanı əhatə edir, bir çox sahələrə şaxələnir, həm Azərbaycana Türkiyəyə, həm dünyaya fayda gətirir. Ceyhan terminalı da təhlükəsiz ahəngdar işləyərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını şərəflə daşıyır. BTC istifadəyə veriləndən bu ilin birinci yarısının sonunadək Ceyhandan dünya bazarlarına Azərbaycan nefti ilə yüklənmiş 5087 tanker yola salınıb.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 30 oktyabr.- S.1; 4.