Müdafiə
naziri Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik
məktəblərinin buraxılış mərasimində
iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin tapşırığına əsasən
Türkiyənin Zəfər Bayramının 100-cü
ildönümü münasibətilə keçirilən
silsilə tədbirlərdə iştirak etmək
üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun
qardaş ölkədə işgüzar səfəri davam
edir.
Avqustun 31-də Türkiyə
Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin
və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının
buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
çıxış edərək məzunları
buraxılış münasibətilə təbrik edib.
General-polkovnik Z.Həsənov
Türkiyədə səfərdə olan digər dövlətlərin
nümayəndələri ilə birlikdə hərbi məktəblərin
məzunlarının buraxılış mərasimində
iştirak edib.
Azərbaycan.-
2022.- 1 sentyabr.- S.3.