Simona Tondelli: İtaliya-Azərbaycan Universiteti hər iki ölkənin münasibətlərində xüsusi yer tutacaq

 

Birgə səylərimiz sayəsində İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti strateji tərəfdaşlıq səviyyəsinə yüksələn iki ölkənin münasibətlərində xüsusi yer tutacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliyanın Alma Mater Bolonya Universitetinin icraçı prorektoru professor xanım Simona Tondelli deyib.

Romada Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mübadilə etdiyimiz “İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA UniversitetiAlma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Sazişçox mühüm sənəddir. Bu razılaşma tərəfdaş universitetlərin birgə fəaliyyəti sayəsində hər iki ölkəyə ixtisaslı kadrlaruğurlar qazandıracaq”, - deyə S.Tondelli bildirib.

Bu gün bizim üçün mühüm hadisədir. Çünki bu əməkdaşlıq İtaliya və Azərbaycan, o cümlədən hər iki universitet üçün innovasiyalar baxımından uğurlar qazandıracaq gələcək əməkdaşlığın başlanğıcıdır. Biz yeni fəaliyyət növlərini təqdim etməklə resursların mübadiləsini həyata keçirəcəyik. Ümid edirəm ki, yeni əməkdaşlığımız hər iki ölkənin dayanıqlı inkişafına öz töhfəsini verəcək”, - deyə professor vurğulayıb.

 

Azərbaycan.- 2022.- 3 sentyabr.- S.3.