8 ayda 11 milyard
dollarlıq ticarət dövriyyəsi
Prezident İlham Əliyevin İtaliyaya
işgüzar səfəri münasibətlərin
daha da
inkişafına müsbət impuls verəcək
Azərbaycan və İtaliya arasında əlaqələr tarixi köklərə dayanır və ildən-ilə inkişaf etməkdədir. Bu il isə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 30 illiyidir. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur. Azərbaycanla İtaliya arasında dostluq, əməkdaşlıq münasibətlərinin formalaşmasında təbii ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin böyük rolu var.
İki ölkə arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərində İtaliya şirkətləri də yer alır.
Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Eyni zamanda ölkəmiz İtaliyanın əsas neft və neft məhsulları təchizatçısıdır. Bundan başqa, iqtisadiyyatın müxtəlif sahələrində dinamik inkişaf edən əlaqələri görmək olar.
Sentyabrın 1-2-də Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işğüzar səfəri əlaqələrin daha da inkişafına müsbət impuls vermiş oldu. Dövlət başçısının İtaliyaya səfəri zamanı İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi də keçirildi. Bu da iki ölkə arasında əlaqələrin yeni səhifəsi kimi qiymətləndirilir. Dövlət başçısı vurğulayıb ki, təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq: "İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq". Dövlət başçısı həmçinin vurğulayıb ki, bu universitet İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.
Prezidentin İtaliyaya səfəri münasibətləri
yeni səviyyəyə yüksəldəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə qeyd edir ki, İtaliya Avropa İttifaqı ölkələri arasında Azərbaycanın iqtisadi sahələr üzrə əməkdaşlıq etdiyi ən etibarlı tərəfdaşdır.
Deputatın sözlərinə görə, iki dövlət arasındakı əməkdaşlığın tarixi kökləri var və uzun illərdir ki, yüksək münasibətlər davam edir. Azərbaycan və İtaliya arasında əməkdaşlıqla bağlı bir çox sənədlər imzalanıb. Eyni zamanda bu istiqamətdə daim görüşlər keçirilir.
Asim
Mollazadə vurğulayır ki, Prezident İlham Əliyevin
İtaliyaya səfəri iki
ölkə arasında uğurla davam etdirilən əməkdaşlığı
daha da gücləndirəcək:
"Bu səfər Azərbaycan və İtaliya arasındakı münasibətləri
yeni səviyyəyə daşıyacaq. Görüş zamanı İtaliyanın
Nazirlər Şurasının Sədri Mario
Draqi də münasibətlərimizin
yüksələn xətt üzrə inkişaf
etməsini vurğulayıb. Dövlətimizin
başçısı Azərbaycanın İtaliyadakı səfirliyinin
yeni binasının
açılışında da iştirak edib. Səfirlik
ölkələrimiz arasında iqtisadiyyat,
siyasət və digər sahələrdə əməkdaşlığın
inkişafına xidmət edəcək. Eyni
zamanda İtaliya-Azərbaycan Universiteti ilə bağlı akademik
əməkdaşlığa dair
imzalanmış sazişlərin mübadilə mərasimi baş tutub".
Deputat bildirir ki, bu həm də İtaliya ilə təhsil sahəsində əlaqələrin genişlənəcəyindən xəbər verir. İtaliyanın ən nüfuzlu universitetlərinin Azərbaycanın ADA Universiteti ilə əməkdaşlığı ölkəmizdə təhsil səviyyəsinin güclənməsinə təkan verəcək.
Ümumiyyətlə isə Azərbaycan-İtaliya əməkdaşlığı hər iki ölkənin mənafeyinə xidmət edir. Ölkəmiz İtaliyanın enerji təhlükəsizliyində böyük rol oynayır və bu rol getdikcə artmaqdadır.
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı
olaraq qalacaq
Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, İtaliya Azərbaycanın strateji müttəfiqlərindəndir və bu Avropa ölkəsini təmsil edən şirkətlər işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında fəal iştirak edirlər.
Deputat qeyd edir ki, Azərbaycan İtaliya da daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin formalaşmasına, neftə, eləcə də mavi qaza olan tələbatının ödənilməsinə birbaşa dəstək verir: "Nəzərə alsaq ki, Azərbaycan öz neftini İtaliya vasitəsilə Avropa bazarına çıxarır, deməli, İtaliya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq artıq formalaşıb və bu, inkişaf etməkdədir. 2020-ci ilin sonuncu ayından etibarən isə Azərbaycan İtaliyaya mavi qaz nəql edir. Son bir ildə Azərbaycan Avropaya 15 milyard kubmetrə yaxın mavi qaz ixrac edib. TAP layihəsi vasitəsilə Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac ediləcək ki, bu da təbii ki, İtaliya və Azərbaycan arasında iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".
Vüqar Bayramov bildirir ki, iki ölkə arasındakı ticarət dövriyyəsində də kəskin artımlar var: "Azərbaycan və İtaliya arasındakı ümumi ticarət dövriyyəsi 2020-ci ildə 4 milyard 568 milyon dollar olub. Ötən il isə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 9 milyard 663 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycanın İtaliyaya ixracatı 9 milyard 243 milyon, idxalı isə 419.7 milyon dollar olub".
Deputat ticarət dövriyyəsinin
bu ilin 6 ayında 9 milyard 116 milyon dollara çatdığını qeyd
edib. İtaliyaya 8 milyard 972 milyon
dollar məhsul ixrac edən ölkəmiz oradan 144.3 milyon dollarlıq idxal həyata keçirib.
Bu ilin ilk 8 ayında
isə 11 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Bu isə o deməkdir ki, artıq bu ilin 8 ayında
ticarət dövriyyəmiz
ötənilki ümumi
rəqəmdən daha
çox olub.
Deputat vurğulayır ki, Azərbaycan qeyri-neft məhsullarını da İtaliya bazarına çıxarmaq niyyətindədir. İtaliya Azərbaycan
üçün qeyri-neft
ixracatı baxımından
yeni bazarlardan biri hesab olunur.
Təbii
ki, Azərbaycanın qeyri-neft məhsullarının
yeni bazarlara ixrac edilməsi ölkəyə daxil olan valyutanın həcminin artırılması
baxımından vacibdir.
İtaliya növbəti dövrlərdə
də Azərbaycan üçün əsas ticarət tərəfdaşı
olaraq qalacaq. İki ölkə arasındakı strateji tərəfdaşlıq ölkəmizin
iş adamlarının,
qeyri-neft sektorunda çalışan sahibkarların
bu münasibətlərin
inkişaf etməsindən
faydalanmalarına imkan
verəcək.
Əsmər QARDAŞXANOVA
Azərbaycan.-
2022.-3 sentyabr.- S.1; 4.