"AzerGold" Qapalı Səhmdar
Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 22
fevral tarixli 2515
nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 180; 2022, № 5, maddə 497) birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri" sözləri "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" sözləri ilə əvəz edilsin.
2. "Samir Qurbanov - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri" sözləri "Faiq Mütəllimov - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Ekoloji siyasət şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr
2022-ci il
Azərbaycan.- 2022.- 4 sentyabr.- S.3.