Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 9, maddə 782; 2009, ¹ 1, maddə 17, ¹ 7, maddə 589; 2012, ¹ 2, maddə 133; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 11, maddə 2091; 2018, ¹ 8, maddə 1677; 2020, ¹ 3, maddə 257; 2022, ¹ 5, maddə 535) 1-ci hissəsindən ikinci halda "birinci" sözü çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr
2022-ci il
Azərbaycan.- 2022.- 4 sentyabr.- S.3.