Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasının Tarif (qiymət)
Şurası haqqında Əsasnamə"nin təsdiq edilməsi
barədə" 2005-ci il 26 dekabr tarixli 341 nömrəli, "Aviasiya
təhlükəsizliyi üzrə Dövlət
Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin
təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi
haqqında" 2012-ci il 24 aprel
tarixli 613 nömrəli,
"Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın və
"Uçuşların təhlükəsizliyinin təmin
edilməsi Qaydası"nın təsdiq edilməsi
haqqında" 2019-cu il 27 iyun
tarixli 756 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1110; 2008, ¹ 6, maddə 498; 2013, ¹ 12, maddə 1508; 2014,
¹ 9, maddə 1027; 2016, ¹ 3, maddə 469, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1521; 2018,
¹ 8, maddə 1677; 2022, ¹ 3, maddə 305, ¹ 5, maddə 471) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi"nin "Şuranın üzvləri" hissəsinin dördüncü abzasından "birinci" sözü çıxarılsın.
2. "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın və "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 292; 2017, ¹ 1, maddə 50; 2018, ¹ 9, maddə 1840, ¹ 11, maddə 2263; 2019, ¹ 3, maddə 430, ¹ 5, maddə 823; 2020, ¹ 8, maddə 1042; 2022, ¹ 5, maddə 475) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və 1-ci hissədə "təhlükəsizliyi üzrə" sözləri "təhlükəsizliyinə dair" sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı"nın 2.2.14-cü yarımbəndində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1047; 2022, ¹ 5, maddə 463) ilə təsdiq edilmiş "Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı"nın 4.2.3-cü yarımbəndində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr
2022-ci il
Azərbaycan.- 2022.-4 sentyabr.- S.3.