Ermənistan riyakarlığından əl çəkmir
İşğalçı ölkə öhdəsinə
götürdüyü müddəaları
yubatmağa yönəlik mövqe
nümayiş etdirir, ard arda təxribatlar
törədir
Ötən ayın 31-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən növbəti - dördüncü görüş də əvvəlki üç görüşdə olduğu kimi, Zəfər komandanı İlham Əliyevin diplomatik üstünlüyü ilə başa çatdı. Brüsseldəki digər görüşlərdə olduğu kimi, son görüşdə də rəsmi Bakının maraqlarına uyğun olaraq, "Qarabağ", "Minsk qrupu", "status" ifadələri işlədilmədi. Baxmayaraq ki, Brüsseldəki danışıqlarda erməni tərəfi müqavimət göstərirdi və real nəticələrin əldə olunmasının qarşısını almaq üçün cəhdlər edirdi. Lakin onların bu cəhdləri də həmişəki kimi uğursuz oldu.
Bu, görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın artıq bölgədəki mövcud reallıqları qəbul etməsi ilə bağlı açıqlamalarından da aydın sezilir.
Cənubi Qafqazda sülhün
təminatçısı Azərbaycandır
Xüsusi vurğulayaq ki, Qalib Komandan İlham Əliyev sözügedən Brüssel görüşünə böyük üstünlüklə yollanmışdı. Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" cavab əməliyyatının keçirilməsi və ordumuzun Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsi buna bariz nümunədir. Eləcə də yeni Laçın avtomobil yolunun vaxtından xeyli əvvəl istifadəyə verilməsi ilə Laçın şəhəri, Zabux, Sus kəndlərinin boşaldılması bu prosesin tərkib hissəsi idi.
Bütün bu sadalananlar isə Azərbaycan tərəfinin 10 noyabr üçtərəfli Bəyanatda nəzərdə tutulmuş bütün öhdəlikləri vaxtından əvvəl reallaşdırdığını, Cənubi Qafqazda sülhün bərqərar olmasına hər cür töhfə verdiyini təsdiqləyirdi.
Aİ Şurasının prezidenti Şarl Mişelin də üçtərəfli görüşdən sonra verdiyi bəyanatdan məlum olur ki, bu müzakirədə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflə razılaşma əldə edilib.
Ermənistanın bitməyən təxribatları
Ermənistan da dördüncü Brüssel görüşündə sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi ilə bağlı razılığını verib. Amma sonuncu üçtərəfli görüşün üzərindən ötən qısa zamanda Azərbaycana qarşı yeni təxribatlara əl atması bu işğalçı ölkənin növbəti riyakarlığını ortaya qoydu.
Belə ki, sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndiyə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır.
Qanunsuz səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də bildirilib ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir: "Bu qanunsuz səfər Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir".
Onu da qeyd edək ki, sözügedən tarixdə bu ölkə daha bir təxribata əl atıb. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.
Göstərdiyimiz faktlar da bunu ortaya qoyur ki, işğalçı Ermənistan üçtərəfli görüşlərdə sülh üçün yalançı razılıq verərək, beynəlxalq aləmin gözü qarşısında hansısa rol oynayır. Pərdə arxasında isə əsl xislətini ortaya qoyaraq təxribat törətməkdən əl çəkmir.
İşğalçının mina
terroru
Laçında aşkarlanan xeyli sayda piyada əleyhinə minalar da bu ölkənin 10 noyabr üçtərəfli razılaşmasına riyakarlığını və üzərinə götürdüyü öhdəlikləri pozduğunu göstərir.
Müdafiə
Nazirliyi və Minatəmizləmə Agentliyinin beynəlxalq humanitar
hüquqa zidd olaraq Laçında aşkarlanan
PMN-E növlü minalarla
bağlı birgə bəyanatında da məlumat
verilir ki,
Laçın rayonu ərazisində piyada əleyhinə mina
sahələrindən cari ilin
15 avqust tarixindən 31 avqust
tarixinədək 1318 ədəd PMN-E növlü
minalar aşkar edilib. Aşkar olunan minalar Vətən müharibəsindən
sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
Bəyanatda o da vurğulanır ki, beynəlxalq humanitar hüquqa əsasən,
1997-ci ildə qəbul
edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların
istehsal edilməsi, saxlanılması, daşınması
və istifadəsini qadağan edir: "Həmçinin Ermənistan
işğaldan azad olunmuş ərazilərdə
piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli
Cenevrə konvensiyalarının
I Əlavə Protokolunun
tələblərini pozur
və bunu rəsmi şəkildə
bəyan etməklə
beynəlxalq ictimaiyyətə
açıq hörmətsizlik
nümayiş etdirir. Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası
və kütləviliyi
mina terrorunun təzahürüdür.
Bütün bunlar regionda
sülhə və təhlükəsizliyə, ətraf
mühitə qarşı
qəsdən törədilmiş
cinayətdir. Bununla isə
Ermənistan düşmənçilik
niyyətini bir daha sübut edir".
Tarixi torpaqlarımıza
qayıdışı ləngidən
əsas səbəb
30 il
ərzində Azərbaycanın
əzəli torpaqlarını
işğalda saxlayan ermənilər ərazilərimizdə
külli miqdarda mina basdırıblar. Qarabağı və Şərqi Zəngəzuru mina tarlasına
çevirərək, yollara,
həyətlərə, evlərə,
demək olar ki, hər daşın-qayanın
altına piyada və tank əleyhinə
mina döşəyiblər. Erməni faşistləri bu partlayıcı qurğular
sayəsində dinc azərbaycanlılara, texnikaya,
əraziyə mümkün
qədər çox ziyan vurmaq məqsədi
güdüblər.
Buna görədir
ki, 44 günlük Vətən müharibəsi
sayəsində torpaqlarımızı
işğaldan azad edəndən sonrakı müddətdə tarixi ərazilərimizdə düşmənin
basdırdığı mina təhlükəsi ilə
qarşı-qarşıya qalmışıq. Üçtərəfli Bəyanatın imzalanmasından
sonra Ermənistan tərəfindən Azərbaycanın
işğaldan azad olunan ərazilərinə
döşənmiş minaların
partlaması nəticəsində
xeyli sayda vətəndaşımız həlak
olub, ciddi xəsarət alıb.
Onların arasında KİV nümayəndələri də
var.
İşğalçı Ermənistanın
Qarabağ və Şərqi Zəngəzur
ərazisində saysız
mina basdırması keçmiş
məcburi köçkünlərimizin
dədə-baba yurdlarına
qayıdışı prosesini ləngidir.
Çünki belə geniş
ərazilərin minalardan
təmizlənməsi olduqca
böyük zaman və resurs tələb edir. Hazırda Azərbaycanın qarşısında
duran əsas problemlərdən biri işğaldan azad edilmiş ərazilərin
minalardan təmizlənməsidir.
Elə əvvəlki üçtərəfli
görüşlərdə olduğu kimi, dördüncü Brüssel
görüşündə də müzakirə mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə
mina probleminin həlli
ilə bağlı idi.
Azərbaycana qarşı
bütün təhlükələr
yerindəcə məhv
ediləcək
Görünən odur ki, Vətən
müharibəsinin üzərindən
ötən müddət
ərzində Ermənistan
öhdəliyinə götürdüyü
və qeyd-şərtsiz
əməl etməli olduğu müddəaların
icrasını yubatmağa,
pozmağa yönəlik
mövqe nümayiş
etdirir, təxribatlar törətməkdən əl
çəkmir. Necə deyərlər, zaman
dəyişir, amma erməninin faşist xisləti dəyişmir.
Brüsseldə Ermənistanın baş naziri iki dövlət
arasında sülhə
razı olduğunu bildirir, paralel olaraq, ölkəsi tərəfindən Azərbaycana
qarşı ardıcıl
təxribatlar törədilir.
Qəribə paradoksdur, deyilmi?!
Həm də Ermənistanın iç üzünü ortaya qoyan bariz nümunələrdir.
Əslində, Ermənistanın
əsl simasını
Prezident İlham Əliyev bir müddət əvvəl səsləndirdiyi fikirlərlə
dəqiq ifadə edib: "Biz heç vaxt indiki hakimiyyətin
xoş sözlərinə
aldanmamalıyıq. Heç
vaxt unutmamalıyıq
ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq...
Biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan
üçün sadəcə
kağız parçası
ola bilər...
Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik
ki, normal əlaqələr
yaradılsın, Ermənistan
Azərbaycanın ərazi
bütövlüyünü, nəhayət, tanısın.
Biz bunu istəyirik.
Amma əgər biz görsək ki, dediyim kimi, bizim
üçün təhlükə
var, o təhlükə
elə yerindəcə
məhv ediləcək...".
Bəli, Ermənistan istəsə də, istəməsə də Azərbaycan onu regionda sülhə
mənfi təsir göstərən təxribatçı
əməllərinə son qoymağa məcbur edəcək və işğalçı ölkənin
hansı mövqe tutmasından asılı olmayaraq, öz maraqlarını qətiyyətlə
qoruyacaq.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 6 sentyabr.- S. 5.