"Dəmir yumruq"
Ermənistanı sülhə məcbur edir
"Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm..."
Prezident İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bəyan etdiyi kimi, Azərbaycan 44 günlük müharibədə düşmən üzərində hərbi qələbə çaldıqdan dərhal sonra bölgədə sülhün bərqərar olması üçün diplomatik müstəvidə də ardıcıl və uğurlu addımlar atmağa başlayıb.
Ölkəmiz Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün bu istiqamətdə mühüm işlər həyata keçirir.
Eyni zamanda Azərbaycan hər fürsətdə sülhə maneçilik törədən davranışlar sərgiləyən, ölkəmizə qarşı təxribatlar törədən işğalçı Ermənistanı da qalib ölkə olaraq diktə etdiyi bütün şərtlərə boyun əyməyə və sülh bağlamağa məcbur edir.
Sülh prosesi ilə bağlı real addımlar atmağın zamanıdır
2020-ci il
10 noyabr və 2021-ci il 11 yanvar bəyanatları
ilə qazandığımız
diplomatik qələbələr
ötən ilin 26 noyabrında Soçi bəyanatı ilə daha da möhkəmlənib.
Avropa İttifaqının
vasitəçiliyi ilə
keçən ilin dekabrından başlayan
"Brüssel prosesi"
sayəsində isə
üçtərəfli bəyanatlarda
nəzərdə tutulan
məsələlərin real müstəvidə həlli
ilə bağlı əhəmiyyətli irəliləyişlərə
nail olunub. Bu prosesdə
Azərbaycan daim reallıqlara əsaslanan və regionda təhlükəsizliyin, əməkdaşlığın,
rifahın təmin edilməsinə yönəlik
təşəbbüslərlə çıxış edib.
Bu ilin 6 aprelində keçirilən
üçüncü Brüssel
görüşündə isə Azərbaycanın irəli sürdüyü
5 prinsip Ermənistanın
baş naziri Nikol Paşinyan tərəfindən qəbul
edildi. Yəni bu, o deməkdir ki,
iki ölkə
arasında imzalanacaq sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü
məlum baza prinsipi əsasında qurulacaq.
Avqustun 31-də Brüsseldə keçirilən
üçtərəfli görüşün
yekunu isə artıq sülh prosesi ilə bağlı real addımlar
atmağın mütləqliyini
ortaya qoydu. İki ilə
yaxındır ki, hər cür riya, hiylə, təxribatçı əməllərlə
sülhə nail olmağı
yubadan Ermənistanın
bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur
edildi.
Azərbaycan yüksək
əzm nümayiş etdirir
Azərbaycan Vətən müharibəsinin
qələbə ilə
başa çatmasının
üzərindən ötən
müddət ərzində
Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması,
sülhə nail olunması
üçün təkmil
sülh modeli irəli sürür. Həmçinin qalib Azərbaycan sülh sazişinin bağlanması istiqamətində
üzərinə götürdüyü
bütün öhdəlikləri
vaxtından əvvəl
yerinə yetirərək,
böyük əzm və iradə nümayiş etdirir.
Buna misal olaraq, Ermənistanın növbəti təxribatına
cavab olaraq "Qisas" əməliyyatının
keçirilməsi və
ordumuzun Qırxqız
yüksəkliyini, həmçinin
Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra
digər əhəmiyyətli
hakim yüksəklikləri nəzarətə götürməsi,
eləcə də yeni Laçın avtomobil yolunun vaxtından xeyli əvvəl istifadəyə
verilməsi ilə Laçın şəhəri,
Zabux, Sus kəndlərinin boşaldılması
buna əyani sübutdur.
Amma keçən vaxt ərzində qarşı
tərəfin bu istiqamətdə hansısa
konkret addım atdığının şahidi
olmadıq. Görünür, Ermənistan hakimiyyəti
prosesi yubatmaqla kimlərəsə, konkret
olaraq artıq çoxdan öz ölü missiyasını
başa vurmuş
ATƏT-in Minsk qrupuna yenə
də hansısa ümid bəsləyir.
Lakin indi onlar da
yaxşı anlayırlar
ki, daha 30 ildir kölgəsində gəzdikləri, güvəndikləri
dağlara çoxdan qar yağıb. Axı sözügedən
qurum öz "missiya"sını uğursuzluqla
başa vurub. Onu da gözəl bilirlər ki, Azərbaycanın səbri
hüdudsuz deyil və danışıqlar
prosesi sonsuzadək masa üzərində qala bilməz.
Dördüncü Brüssel görüşünün
nəticələri də
bunu deməyə əsas verir. Artıq bir
ay müddətində xarici
işlər nazirliklərinin
xətti ilə sülh sazişinin mətni üzərində
işə başlamaq
üçün qruplar
yaratmaq barədə razılıq əldə olunub. Eləcə də yeni sənəddə nə Qarabağ mövzusu var, nə də
ATƏT-in Minsk qrupunun adı
çəkilir.
Digər tərəfdən əldə
olunacaq sülh elə Ermənistanın özünə də faydalıdır və hazırda çabaladığı
böhran bataqlığından
çıxması üçün
vacibdir.
Ermənistanın başqa
yolu yoxdur
Sülh prosesinin gedişatı ilə bağlı Prezident İlham Əliyev İtaliya qəzetinə müsahibəsində
bildirdi ki, Avropa İttifaqı Şurasının prezidenti
və Ermənistanın
baş naziri arasında üçtərəfli
görüş zamanı
bununla bağlı razılığa gəlinib.
Dövlət başçısı
onu da xüsusi
vurğuladı ki, bu razılaşmaya gəlmək üçün
Ermənistana vaxt lazım oldu: "...Bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara
başlamaq məqsədilə
görüşəcəklər. Bu, bizim İkinci
Qarabağ müharibəsinin
bitməsindən demək
olar ki, dərhal sonra irəli sürdüyümüz
təklif idi. Biz bildirdik ki,
bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla
razılaşmaq üçün
Ermənistana təqribən
iki il lazım
oldu".
"Zənnimcə,
bu, görüşün
ən mühüm nəticələrindən idi",
- deyə söyləyən
İlham Əliyev qeyd etdi ki,
əlbəttə, bu sülh danışıqlarının
gedişatından çox
şey asılı olacaq: "Zaman çərçivəsi və
məzmun nədən
ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb
imzalaya bilərik.
Ermənistan tərəfi eyni
iradə nümayiş
etdirsə, zənnimcə,
bu, realdır.
Biz sülh sazişinin
üzərində qurulmalı
olduğu beş
baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib".
Göründüyü kimi, İlham Əliyev uğurlu diplomatiyası ilə regionda yeni sülh
və əməkdaşlıq
erasının başlanmasına
çalışır. Sülhə düşmən
olan Ermənistanı da Azərbaycanın şərtləri ilə razılaşmağa, Bakının
irəli sürdüyü
və sülh müqaviləsinin əsasını
təşkil edən prinsiplərin qəbuluna məcbur edir.
Ermənistan hakimiyyəti istəsə
də, istəməsə
də, sülh müqaviləsini tezliklə
imzalamağa məhkumdur.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2022.-7 sentyabr.- S.1; 7.