Diaspor nümayəndələrinin
Şuşaya növbəti
səfəri başa çatıb
Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə
üstünlük verən
19 ölkədən 70-ə yaxın diaspor nümayəndəsinin Şuşaya
növbəti səfəri
başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən
AZƏRTAC-a bildiriblər ki,
ölkəmizin mədəniyyət
paytaxtına aparan yolboyu əllərində Azərbaycan bayraqlarını
dalğalandıran soydaşlarımız
öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə
oxumaqla nümayiş etdiriblər.
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq”
layihəsi çərçivəsində
yeddinci dəfə gerçəkləşən səfər
çərçivəsində diaspor nümayəndələri
şəhərin baş
meydanı “Bazarbaşı”nı,
Cıdır düzünü,
erməni vandalizminə
məruz qalmış
“Güllələnmiş heykəllər”in
olduğu meydanı, Şuşa Bəyannaməsinin
imzalandığı məkanı,
Xurşidbanu Natəvanın
evini, “Xan qızı bulağı”nı,
Molla Pənah Vaqifin məqbərəsini,
Gəncə Qapısını,
Saatlı, Aşağı
və Yuxarı Gövhər Ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, postmüharibə dövründə qədim
şəhərimizdə aparılan
yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Səfərin sonunda ənənəyə
uyğun olaraq diaspor nümayəndələri
Cıdır düzündə
Azərbaycan bayrağı
açıb, “Qarabağ
Azərbaycandır! Şüarını səsləndirib və “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi
xalqımıza bəxş
edən Müzəffər
Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür
ediblər.
Qeyd edək ki, Prezident İlham
Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi
tövsiyələrdə xaricdə
yaşayan soydaşlarımızın
hər il
tarixi vətənlərini,
xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət
etməsinin önəminə
diqqət cəlb edilib.
Diasporla İş
üzrə Dövlət
Komitəsi 2021-ci ildə
dörd dəfə
(27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə iki dəfə (26 iyul və 17 avqust) diaspor nümayəndələrinin Şuşa
şəhərinə səfərlərini
təşkil ediblər.
“Biz dəmir
yumruğun gücü
ilə Şuşadayıq!”
şüarı altında
reallaşan səfərlərin
“Şuşa İli”ndə
davam etdirilməsi Azərbaycan diaspor tarixinə yazılmış
ən mühüm hadisələrdən biridir.
Azərbaycan.- 2022.-8 sentyabr.- S.3.