"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin "N.Ə.Əmirovun "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında" 2017-ci il 6 noyabr  tarixli  3348 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 5.2-ci bəndinə uyğun olaraq qərara alıram:

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin "N.Ə.Əmirovun "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında" 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021,

¹ 12, maddə 1440) 1-ci hissəsində "Elman Rüstəmov" sözləri "Taleh Kazımov" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 sentyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 9 sentyabr.- S.4.