Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi
yanında Mədəni İrsin
Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti
haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 6, maddə 1209, ¹ 10, maddə 2002; 2019, ¹ 5, maddələr 822, 825, ¹ 10, maddə 1588, ¹ 12, maddə 1929; 2020, ¹ 7, maddə 892) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 3.0.14-cü yarımbəndi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr
2022-ci il
Azərbaycan.- 2022.-9 sentyabr.- S.4.