Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin
edilməsi və Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin fəaliyyətinin təmin edilməsi
haqqında" 2011-ci il 20 iyul
tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı
ilə sərnişin daşınması sahəsində idarəetmənin
təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli
704 nömrəli və "Gəncə şəhərində
avtomobil nəqliyyatı ilə sərnişin
daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi
haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu 5 642 390 (beş milyon altı yüz qırx iki min üç yüz doxsan) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.
5. "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 634; 2016, ¹ 6, maddə 1067, ¹ 11, maddə 1841; 2018, ¹ 9, maddə 1840; 2020, ¹ 3, maddə 231) 1-ci hissəsi ləğv edilsin.
6. "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 704 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1458) 2-ci hissəsi ləğv edilsin.
7. "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 72, ¹ 6, maddə 1066) 2-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr
2022-ci il
Azərbaycan.- 2022.-9 sentyabr.- S.4.