İqtisadi Şuranın növbəti
iclası keçirilib
Sentyabrın 8-də İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tapşırıqlar, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri, büdcə qaydasının hədəfləri və əməliyyat hədəfi, ortamüddətli dövr üçün dəqiqləşmiş makroiqtisadi proqnoz göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat
naziri Mikayıl Cabbarovun
və maliyyə naziri Samir
Şərifovun məruzələri dinlənilib. 2023-cü ilin dövlət və icmal
büdcələrinin layihələrinin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
olunması ilə bağlı aidiyyəti qurumlara
müvafiq tapşırıqlar verilib.
Azərbaycan.-
2022.- 9 sentyabr.- S.5.