Azərbaycanın müdafiə sənayesi naziri “ADEX” və “Securex Caspian” sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib

 

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Bakıda keçirilən “ADEX” və “Securex Caspian” sərgiləri çərçivəsində Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov, İordaniya Haşimilər Krallığının Baş Qərargah rəisi Yousef Ahmad Hamed Alhnaity, Qətər dövlətinin Müdafiə Nazirliyinin Hərbi İstehsalat İdarəsinin rəhbəri Salem Mohammed Almarri və onların rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.

AZƏRTAC Müdafiə Sənayesi Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı Ekspo Mərkəzində baş tutan görüşlərdə M.Quliyev qonaqları salamlayaraq, onlara sərgilərdə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edib, “ADEX” və “Securex Caspian” sərgilərinin Azərbaycanda yüksək peşəkarlıqla təşkil edildiyini, burada əlverişli əməkdaşlıq şəraitinin yaradıldığını vurğulayıblar. Onlar sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Görüşlərdə qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, digər maraq doğuran məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.- 9 sentyabr.- S.5.