“Most Travelled People” klubunun təsisçisi:
“Azərbaycanlıların azad olunmuş torpaqlarda gördüyü
quruculuq işləri mükəmməldir”
Ötən il Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə üç dəfə səfər etmişəm. Hər gəlişimdə burada inkişaf və yeniliklərin şahidi oluram.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında beynəlxalq səyyahlar qrupu ilə Şuşaya səfər edən, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley deyib.
“30 ildir
davam edən işğal
zamanı bu ərazilər viran
qalmışdı. İndi isə biz Azərbaycan xalqının bu
yerlərdə yeni binalar
tikməsinin, infrastruktur yaratmasının
şahidiyik. Hər səfərimdə yeni tikinti görürəm.
Budəfəki səfərimdə Şuşada
otelin inşasının tamamlandığını
gördüm. Çox
təqdirəlayiq haldır. Zəfər yolu
ilə Şuşaya gəlirdik, indi isə başqa bir yol da
inşa edilir. Tunellər,
körpülər... Azərbaycanlıların azad
olunmuş torpaqlarda gördüyü quruculuq
işləri mükəmməldir”, - deyə o
əlavə edib.
Azərbaycan.-
2022.-9 sentyabr.- S.8.