Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir

 

“Şimal-Cənub nəqliyyat dəhlizi” ölkəmizin geosiyasi əhəmiyyətini artırır

 

"Biz iki dəhliz üzərində yerləşirik - Şimal-Cənub və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni yerlərinin yaradılmasına imkan verir. Biz "Şimal-Cənub nəqliyyat dəhlizi"nin "Şərq-Qərb dəhlizi" qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir".

Bu sözləri Prezident İlham Əliyev Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilir: "Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir. Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir".

 

"Şimal-Cənub nəqliyyat dəhlizi"nin əhəmiyyəti artmaqdadır

 

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfdaş ölkələrə yaxşı tariflər irəli sürürbütün zəruri logistika dəstəyi təmin edir. Yəni açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir.

Dövlət başçısı həmçinin "Şimal-Cənub nəqliyyat dəhlizi"ndən də söz açıb və bildirib ki, bu dəhliz də Azərbaycandan keçir, başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmirlər. Yəni Azərbaycandan keçərək İranaFars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün cəlbedici olur.

Azərbaycan bu gün iqtisadi yüksəliş dövrünü yaşamaqla yanaşı, bir çox ölkənin müxtəlif sahələrdə əsas təchizatçısıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, həmçinin dünyanın tranzit ölkəsinə çevrilir. Zaman göstərir ki, "Şərq-Qərb  nəqliyyat dəhlizi"  kimi, artıq "Şimal-Cənub nəqliyyat dəhlizi"nin də əhəmiyyəti artmaqdadır. Eyni zamanda bu beynəlxalq dəhlizdən istifadə imkanlarının genişləndirilməsi də gündəmdədir. Təbii ki, bu dəhliz vasitəsilə daşınmaların həcminin artması region ölkələri kimi, Azərbaycan üçünböyük əhəmiyyət daşıyır. Bununla dövlət gəlirləri artır, həmçinin Azərbaycan bir çox ölkənin əsas tərəfdaşlarından birinə çevrilir. 

 

Qeyri-neft sektorundan daxilolmaların artmasına imkan yaranacaq

 

"Şimal-Cənub nəqliyyat dəhlizi"nin əhəmiyyəti barədə qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu nəqliyyat dəhlizi Azərbaycan, bütövlükdə  region üçün vacib layihələrdən biri hesab olunur.

Deputat qeyd edir ki, burada söhbət şimaldan başlayaraq yüklərin Hindistana qədər daşınmasından gedir. Bu da kifayət qədər böyük coğrafiyanı əhatə edir. "Şərq-Qərb nəqliyyat dəhlizi" kimi, bu dəhliz vasitəsilə çoxlu yüklərin daşınacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, Hindistanın ixrac imkanları artıb, eyni zamanda kifayət qədər böyük məhsullar idxal edən ölkələrdən biridir, onda bunun əhəmiyyətini başa düşmək olar. Tək Hindistan deyil, regionda yerləşən digər ölkələr "Şimal-Cənub nəqliyyat dəhlizi"ndən aktiv şəkildə istifadə etmək niyyətindədirlər.

Vüqar Bayramov deyir ki, istər "Şərq-Qərb", istərsə "Şimal-Cənub" dəhlizləri Azərbaycan üzərindən keçir. Ölkəmiz Şimal-Cənub dəhlizinin reallaşmasında maraqlıdır: "Azərbaycan yalnız layihəni dəstəkləmir,  həmçinin onun reallaşması üçün İranda infrastruktura invesitisiya yatırır. Bu da ondan xəbər verir ki, Azərbaycan  "Şimal Cənub nəqliyyat dəhlizi"nin reallaşmasına sərmayə qoyuluşları ilə dəstək verən ölkələrdəndir".

Deputatın sözlərinə görə, sərmayə qoyuluşu layihənin daha tez reallaşması, region ölkələrin bundan gəlir əldə etməsi baxımından vacibdir.

"Şimal-Cənub nəqliyyat dəhlizi"nin reallaşmasının Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan verəcəyini vurğulayan deputat bu ilin birinci yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faiz artımın da qeydə alındığını söyləyir. İlin sonuna kimi bu rəqəmin daha yüksək olacağı gözlənilir.

Vüqar Bayramovun fikrincə, hazırda Azərbaycan üzərindən daşınan yüklərin həcmi artır. Bu da ondan xəbər verir ki, bir tərəfdən infrastrukturun genişləndirilməsi, digər tərəfdən Azərbaycanın qonşu ölkələrlə, xüsusən Gürcüstan Qazaxıstanla birgə tarif siyasəti, beynəlxalq yük daşımalarla bağlı koordinasiya edilmiş  fəaliyyətin həyata keçirilməsi regiona marağı artırır. Buna  görə, məhz "Şimal-Cənub nəqliyyat dəhlizi" Azərbaycana valyuta gətirən layihələrdəndir.

Deputat sonda bildirib ki, bu nəqliyyat dəhlizi xüsusən qeyri-neft sektorundan daxilolmaların həcminin artmasına imkan verəcək.

Qeyd edək ki, dünya iqtisadiyyatının üzləşdiyi çətin dönəmdə Azərbaycan iqtisadiyyata mənfi təsirləri azaltmaq istiqamətində aktiv siyasət yürüdür. Bununla yanaşı, ölkəmiz Avropanın, həmçinin bəzi nəhəng ölkələrin əsas tərəfdaşına xilaskarına çevrilərək, müxtəlif beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı, dəstəkçisi rolunda çıxış edir.

Həmçinin dünyada gedən müəyyən siyasi qütbləşmələr Azərbaycanın tranzit imkanlarına da maraqları artırıb. Bu da ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki xüsusi əhəmiyyətini bir daha təsdiq edir.

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-9 sentyabr.- S.9.