Şəhid ailəsi göstərilən diqqətə
görə minnətdarlığını bildirdi
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rayonun digər rəhbər şəxsləri ilə birlikdə Yəhərçi-Qazaxlar kəndində Vətən müharibəsi şəhidi Alıyev Laçın Rasim oğlunun ailəsini zyarət etməsi ailədə ruh yüksəkliyi yaratmışdır.
Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanı goranboyluların da, o cümlədən Laçın Alıyevin qəhrəmancasına döyüşdüyünü vurğulayan icra başçısı şəhidin əziz xatirəsini ehtiramla anmış, ailənin sosial qayğıları ilə maraqlanmışdır.
Şəhidin anası Məlahət Cavadova şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən işlərə, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, şəhid Laçın Alıyev Vətən müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Sabir ƏLİYEV
Azərbaycan.-
2022.- 9 sentyabr.- S.9.