"Xatirə və xəta" filmi
ABŞ-da mükafata layiq görülüb
Cəlaləddin Qasımovun "Xatirə və xəta" bədii filmi ABŞ-da keçirilən 19-cu "Accolade Qlobal" film yarışmasında uğur qazanıb. Belə ki, "Ən yaxşı bədii film" kateqoriyası üzrə "Accolade heykəlciyi"nə - qızıl mükafata layiq görülüb.
Ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov olan film koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polis və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
Filmdə əsas
rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər
Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər
Zeynalov və Rövşən Məmmədov
ifa ediblər. Ekran əsərinin
redaktoru Əkbər Qoşalıdır,
montajı Elnur Tarverdiyevə məxsusdur.
Azərbaycan.-
2022.- 9 sentyabr.- S.11.