Qadın
Parlament Sədrlərinin 14-cü Sammitinin
iştirakçıları Özbəkistanın Səmərqənd
şəhərinə səfər ediblər
Xəbər verdiyimiz kimi, Milli Məclisin
sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin
14-cü Sammitində iştirak etmək məqsədilə
Özbəkistanın paytaxtı Daşkənd şəhərinə
işgüzar səfər edib.
Sentyabrın 10-da sammitdə
iştirak edən nümayəndə heyətləri Özbəkistanın
Səmərqənd şəhərinə gəliblər. Milli
Məclisin sədri Sahibə Qafarova, Özbəkistan Ali Məclisi
Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası
İttifaqın baş katibi Martin Çunqonq, sammitdə
iştirak edən parlament rəhbərləri və onların
başçılıq etdikləri nümayəndə heyətləri
Səmərqəndin tarixi və mədəni yerləri ilə
tanış olublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki, qonaqlar Uluqbek Rəsədxanası,
Müqəddəs Daniil məqbərəsi, Şahi-Zində məqbərəsi,
Bibixanım məqbərəsi, Registan meydanı və
Əmir Teymur məqbərəsində olublar. Nümayəndə
heyətlərinin üzvlərinə tarixi yerlər
haqqında ətraflı məlumat verilib.
Burada Milli Məclisin sədri Sahibə
Qafarova Özbəkistan kütləvi informasiya vasitələrinə
müsahibə verib.
Azərbaycan.-
2022.-13 sentyabr.- S.3.