Türkiyənin Vitse-prezidenti Fuat Oktay Baş
nazir Əli Əsədova telefonla
zəng edib
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyənin Vitse-prezidenti Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.
F.Oktay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə.Əsədova və Azərbaycan xalqına başsağlığı verib.
Baş
nazir başsağlığına görə
Türkiyənin Vitse-prezidentinə minnətdarlığını
bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini
hiss etdiyini
vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi
təxribatların qarşısının qətiyyətlə
alındığı diqqətə
çatdırılıb.
Azərbaycan.- 2022.- 14 sentyabr.- S.2.