Polşalı qonaqlar İlahiyyat İnstitutunda olublar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi və "Həyat sözü" Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Keşişlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-dən ölkəmizdə rəsmi səfərdədir. Səfərdə məqsəd Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də Alban dini məbədləri, polyak mirası və icması ilə tanış olmaqdır.
Nümayəndə heyəti
sentyabrın 13-də Azərbaycan İlahiyyat
İnstitutunda (Aİİ) olub.
Qonaqlar Aİİ rektoru
Aqil Şirinovla
görüşərək ikitərəfli əlaqələrin
qurulması haqqında fikir mübadiləsi
aparıblar. Aİİ rektoru Aqil Şirinov
ali təhsil müəssisəsi
haqqında qonaqlara geniş
məlumat verib. Aİİ-nin
fəaliyyəti, ölkədaxili və xarici
əlaqələri, ölkəmizin multikultural
və tolerantlıq ənənələrinin təbliğindəki
rolu, gələcək hədəfləri
barədə danışıb. Bildirib ki, institutda bakalavriat, magistratura və doktorantura pillələri üzrə
tədris aparılır. O, Aİİ-də mövcud olan "İslamşünaslıq"
və "Dinşünaslıq"
ixtisasları, keçirilən
fənlər barədə
söhbət açıb.
Qonaqlar Azərbaycan
İlahiyyat İnstitutunda
olmaqdan məmnunluqlarını
ifadə edib, ali təhsil
müəssisəsinin fəaliyyətinə
uğurlar arzulayıblar.
Azərbaycan.- 2022.- 14 sentyabr.- S.8.