Prezident Ərdoğan: “Hər zaman
olduğu kimi, bu hadisələrdə də azərbaycanlı
qardaşlarımızın yanında olduğumuzu
bütün dünya
bilməlidir”
Dost və qardaş Azərbaycanın Vətən torpaqlarının müdafiəsi üçün apardığı mübarizədə verdiyi son şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ermənistanın Azərbaycanın Zəfəri ilə nəticələnən müharibənin ardından əldə olunan anlaşmanın pozulması nəticəsində meydana gələn bu vəziyyəti qəbuledilməz hesab edirik. Hər zaman olduğu kimi, bu hadisələrdə də azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qarabağ savaşından sonra imzalanan
anlaşmanın şərtlərini yerinə yetirmədiyi kimi, mütəmadi olaraq aqressiv davranış nümayiş
etdirən Ermənistan tərəfi üçün
bu münasibətin, əlbəttə ki, nəticələri olacaq.
Ümidimiz Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsi,
anlaşmanın şərtlərini sürətlə
yerinə yetirməsi, vaxtını və enerjisini
sülhü gücləndirmək istiqamətində
istifadə etməsidir. Bir daha
şəhidlərimizi rəhmətlə yad
edir, yaralılarımıza
sağlamlıq diləyirəm. Qardaşım Prezident
İlham Əliyev başda
olmaqla, bütün Azərbaycan
xalqına başsağlığı verirəm.
Azərbaycan.- 2022.- 15 sentyabr.- S.2.