Türkiyə Milli Təhlükəsizlik
Şurasının Baş katibi
xalqımıza dəstəyini və həmrəyliyini ifadə
edib
2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.
Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən AZƏRTAC-a bildirilib ki, Seyfullah Hacımüftüoğlu Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.
R.Usubov
başsağlığına və qardaş
dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının
Baş katibinə minnətdarlığını
bildirib.
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.2.