Regionda davamlı sülhün və təhlüksəzliyin
təmin olunması vacibdir
Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə etdi.
Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırdı.
Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulandı.
Dövlətimizin
başçısı Fransanın təşəbbüsü
ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə
Ermənistanla Azərbaycan arasında sərhəddə
yaranmış gərginlik məsələsinin
çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırdı.
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.2.