Azərbaycan Ermənistana
birtərəfli qaydada
humanitar atəşkəs
təklif edib
Sentyabrın 14-də Azərbaycan Respublikası
xarici işlər naziri Ceyhun Bayramov
ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət
əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy arasında
görüş keçirilib.
Xarici İşlər
Nazirliyinin Mətbuat Xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
tərəflər Azərbaycan
və Rusiya ikitərəfli əməkdaşlıq
gündəliyinin humanitar
və mədəniyyət
sahələri üzrə
fikir mübadiləsi aparıb, ikitərəfli
və regional əsaslarda
müvafiq tədbirlərin
həyata keçirilməsi
məsələləri müzakirə
edilib.
Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın təxribatları
nəticəsində bölgədə
yaranmış gərginlik
barədə qarşı
tərəfə məlumat
verib. Azərbaycanın Ermənistana birtərəfli
qaydada humanitar atəşkəs təklif
etdiyi, vəziyyətin
gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin
marağında olmadığını
diqqətə çatdırıb.
Xüsusi nümayəndə Mixail Şvıdkoy öz növbəsində toqquşmaların
dayanacağına ümidvar
olduğunu bildirib. Humanitar və
mədəniyyət sahəsində
əməkdaşlıq əlaqələrinin
inkişafına, etimad
quruculuğu tədbirlərinə
dəstək göstərməyə
daim hazır olduğunu qeyd edib.
Görüş zamanı, digər qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.3.