TÜRKPA Azərbaycan və Ermənistan sərhədində
baş vermiş son vəziyyətlə bağlı bəyanat
yayıb
Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı ilə bağlı dərin narahatlığını bildirir və bu vəziyyəti qətiyyətlə qınayır.
AZƏRTAC xəbər verir ki, TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır.
Katiblik
qardaş Azərbaycan xalqına və
şəhid ailələrinə başsağlığı verir, Allahdan şəhidlərə
rəhmət, qazilərə və xəsarət alanlara şəfa diləyir.
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.4.