Braziliya
mediası Ermənistanın Azərbaycana qarşı hərbi
təxribatı barədə məlumat yayıb
Braziliyanın https://brasiliainfoco.com
və https://omundodiplomatico.com.br xəbər saytlarında “Ermənistanla
Azərbaycan arasında sülh prosesi təhlükə
altındadır” sərlövhəli məlumat
yayımlanıb.
Diasporla İş üzrə
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki,
Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər
Assosiasiyasının prezidenti Fabiana Keyros Mendes Ceyhanın qələmə
aldığı məlumatda Ermənistan silahlı qüvvələri
bölmələrinin sentyabrın 12-də gecədən
başlayaraq törətdiyi genişmiqyaslı təxribatdan bəhs
edilib.
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.4.