Pakistan mətbuatında beynəlxalq birliyin
diqqəti Ermənistanın təcavüzkar
davranışına cəlb edilib
Pakistanın https://pakistanintheworld.pk xəbər saytında “Azərbaycanın Pakistandakı dostları Ermənistanın təxribat hücumlarını sülh danışıqlarına növbəti zərbə adlandırır” sərlövhəli məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın Pakistandakı dostlarının yerli və beynəlxalq ictimaiyyətə ünvanladıqları bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribat barədə ətraflı məlumat verilib.
Bəyanatda diqqətə çatdırılıb ki, Ermənistanın qəbuledilməz hərəkətləri normallaşma və sülh prosesi ilə bir araya sığmır. Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir vaxtda məhz Ermənistanın sülh prosesinə hər cür mane olduğuna diqqət cəlb edilib.
Bəyanat
müəllifləri beynəlxalq təşkilatları və
institutları Ermənistanın yolverilməz
davranışının qarşısını almaq, rəsmi İrəvanın revanşizm ideyalarına son
qoyulması və sülhə sövq
edilməsi istiqamətində əməli addımlar atmağa dəvət ediblər.
Azərbaycan.-
2022.- 15 sentyabr.- S.4.