İrəvan böyük qorxuxaos içindədir: "Azərbaycan əsgəri kabusumuza çevrilib"

 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda düşmən təxribatı üzündən silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhədində vəziyyət gərginləşib.

Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda aydın görünür ki, Azərbaycan Ordusunun güc nümayiş etdirdiyi son hadisələrdən sonra yüzlərlə itki verən qarşı tərəfdə ciddi narahatlıq yaranıb. İrəvanda xalq, sözün əsl mənasında, təşvişə düşüb.

Erməni siyasi şərhçi Andranik Tiqranyan vəziyyətin Ermənistan üçün arzuolunmaz olduğunu deyir. O bildirir ki, hazırda Ermənistan Azərbaycanın 1990-cı illərdə düşdüyü vəziyyətdədir, gücünü itirib və Azərbaycan da bacardıqca çox üstünlük əldə etməyə çalışır: "Hazırda gücünü itirmiş Yerevanda bundan sonra nə etmək barədə siyasi qüvvələr arasında fikir ayrılığı var. Son qarşıdurmadan sonra İlham Əliyevin qarşısını kəsmək çox çətin olacaq. Vəziyyət qənaətbəxş deyil, müharibədən sonra başqa nə gözləmək olardı ki?!"

Digər siyasi erməni ekspert Ruben Akopyan özünün feysbuk səhifəsində yazır: "Hakimiyyət xalqı yenidən birləşməyə çağırır. Bilmirəm, kim birləşməyə çağırır. Amma onu deyə bilərəm ki, bundan sonra birləşməyə ehtiyac yoxdur. Buna heç həvəsim də qalmayıb. Bəsdirin, "müharibədir, birləşməliyik" kimi şüarlarla baş-beynimizi apardınız. Artıq unudun belə sözləri. İki il əvvəl də belə idi. Nə oldu nəticəsi? Biz onlarla birləşdik və Qarabağı itirdik. Sonra birləşdik ki, bizi döysünlər, polislə qapımızın ağzını kəsərək, bizi cəbhəyə aparsınlar. Bu hakimiyyət nə qədər qalsa, biz o qədər itirəcəyik".

Tviter sosial şəbəkəsində sərhəddə baş verən toqquşma barədə rəy bildirən Simon Qriqoryan adlı istifadəçi isə yazır: "Çox təəssüf hissi keçirdirəm. Qarabağda ağır məğlubiyyətə uğradıq, susduq. Çünki bizə başqa ölkənin torpağı lazım deyildi. Ayılmaq lazımdır, İlham Əliyev Yerevana doğru irəliləyə bilər".

Manvel Qasparyan adlı odnoklassniki sosial şəbəkə istifadəçisi isə yazır ki, Ermənistan hansı günü ilə Azərbaycana müqavimət göstərir: "Qarabağda müharibədəki qələbədən sonra  Azərbaycan Ordusu daha da gücləndirilib. Hərbçi dostum deyir ki, növbəti əməliyyatda daha müasir silahlara malik olduqlarını göstərdilər. Dostum bildirir ki, bu son hadisələrdən sonra daha çox narahatıq. Əvvəllər gün ərzində müşahidələr aparırdıqsa, indi hər saat izləyirik. İlham Əliyev ordusu bizə yeni cəza verməkdə davam edir".

Avrik Stepanyan adlı birisi isə "Paşinyan bizə parlaq gələcək yox, parlaq ölüm verir" başlıqlı tvit atıb: "Açıq reallıq budur. Sərhəddəki son hadisələr heç ürəkaçan deyil. Müharibədə uduzan ölkə üçün bu nəyə lazımdır? Bizi xoş günlər gözləmir. Sərhəddəki son təxribatların cavabı ağır olacaq. İlham Əliyev Paşinyanı bu dəfə Yerevana kimi qovacaq. Qardaşım Simon sərhəddə xidmət edir. Dünən mesaj atdı ki, vəziyyət yaxşı deyil. Qorxu içindədirlər, hər an ölümlə üz-üzədirlər. Bizim baş nazirimiz isə edəcək? Həmişəki kimi seyrçi mövqeyində qalacaq".

Aşot Kasparyan adlı istifadəçi feysbukda Azərbaycan Prezidentinin Şuşadan paylaşılan şəkillərinə yazdığı rəylə diqqət çəkib: "Ermənistan dağılır, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs bizim media orqanları niyə susur? Azərbaycan Ordusunun növbəti qələbəsi bir erməni kimi məni çox üzdü. Azərbaycan Prezidenti İrəvana kimi gələcək. Bəs təriflədiyiniz Paşinyan buna cavab olaraq edir? Heç ! Öz kefindədir. Müharibədə məğlubiyyətimizin, cavan əsgərlərimizin ölümünün məsuliyyəti Nikolun üzərindədir, onun olmayan vicdanındadır".

Henrix Baqdasaryan adlı biri feysbukda xəbər səhifələrindən birinə yazdığı rəylə daha çox diqqət cəlb edib: "Müdafiə Nazirliyində işləyən bir tanışım deyir ki, çox itkilər vermişik. vaxtacan belə davam edəcək? Paşinyan, niyə Sarkisyanın yolunu tutmusan? vaxta qədər  İlham Əliyev  bizim rəhbərlərimizə, Azərbaycan əsgəri isə erməni ordusuna qalib gələcək? Səmada "Bayraqdar", yerdə isə Azərbaycan əsgəri kabusumuza çevrilib".

Avrik Stepanyan adlı birisi isə instaqramda paylaşılan "Ermənistan ordusu yenə güc nümayiş etdirdi" başlıqlı xəbərə münasibət bildirib: "Yalan, yalan, yenə yalan... Dünən qonşumuz İvan Manukyanın 19 yaşlı nəvəsinin meyitini gətirdilər. Bizdə geri dönən niyə  yalnız əsgərlərimizin cənazəsi olmalıdır. Paşinyan Ermənistanı məhvə aparır".

Edvard Şahnazaryan feysbukda paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: "Paşinyan, Ermənistan üçün etmisən? Gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Övladlarınızın boş yerə, yalançı rejimin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin".

Bu arada ölən əsgərlərin yaxınları Ermənistan parlamenti yaxınlığında Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçiriblər. Onlar deputatlardan Ermənistanın baş naziri Nikol Paşinyana etimad göstərməməyi tələb edirlər. Onlar baş verənlərə görə baş nazirin rəhbərlik etdiyi hakimiyyəti  ittiham edirlər.

Yuxarıda qeyd etdiyimiz statuslara şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, sülh müqaviləsinin imzalanmasının müzakirə edildiyi bir dönəmdə Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalardakı itkilərdən sonra qorxuya düşən ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan. - 2022.- 15 sentyabr.- S.7.