Səmərqənd Beynəlxalq Hava
Limanında qarşılanma
Azərbaycan
Prezidenti İlham Əliyevin Özbəkistana səfəri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti
ilə Şanxay Əməkdaşlıq Təşkilatının
dövlət başçılarının Zirvə
görüşündə iştirak etmək
üçün sentyabrın 15-də Səmərqəndə
səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Səmərqənd
Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin
başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər
rəsmi şəxslər qarşıladılar.
Azərbaycan.-
2022.-16 sentyabr.- S.1-2.