“Dəmir yumruğ"un növbəti zərbəsi
Sülh prosesindən yayınmaq üçün yenə də çirkin oyunlar oynayan Ermənistanın növbəti genişmiqyaslı təxribatının qarşısı Müzəffər Azərbaycan Ordusu tərəfindən qətiyyətli cavab əməliyyatı ilə alındı və düşmənə bir daha sarsıdıcı zərbə vuruldu.
Düzdür, hər iki tərəf yenə itki verdi, lakin dəfələrlə çoxunu və ən ağır zərbəni Ermənistan aldı. İki il öncəki İkinci Qarabağ müharibəsində olduğu kimi...
Sülh prosesinə
mane olan erməni məkri
İki il öncə də hadisələr belə başlamışdı. Ermənistanın sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edib təxribata əl atması onunla anlaşıqlı dildə deyil, zor gücü ilə danışılmasını şərtləndirdi.
"Dəmir yumruq" işə düşdü və cəmi 44 günə düşməni hərbi kapitulyasiyaya məcbur etdi. Qarabağ münaqişəsi həll edildi və "status" məsələsi arxivə göndərildi. Sülh prosesi başladı, məğlub Ermənistan İlham Əliyevin irəli sürdüyü 5 prinsip əsasında barış müqaviləsini imzalamağa hazır olduğunu bəyan etdi. Moskva və Brüssel görüşləri bu prosesə bir qədər təkan verdi. Amma erməni məkri, erməni iddiası yenə prosesə kölgə salmaqda davam etdi.
İkinci Qarabağ müharibəsinin başa çatmasının ikinci ildönümünə sayılı günlər qalan dövrdə Ermənistanın sərgilədiyi mövqe göstərdi ki, bu ölkə yenə də köhnə ampluasındadır. İlham Əliyev isə demək olar hər çıxışında Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə xəbərdarlıqlar ünvanlayırdı.
Qalib Sərkərdə deyirdi ki, müharibə Ermənistanın yadından çıxmamalıdır. Unutmamalıdırlar ki, "dəmir yumruq" yerindədir. Əgər təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Bu təxribatlara görə Azərbaycan sülh müqaviləsini imzalamaqdan da imtina edəcək.
Bu o demək idi ki, "dəmir yumruğ"un növbəti zərbəsi daha sərt və amansız olacaq. Məğlub Ermənistan bundan sonra da nə qədər pulsuz silah-sursatla təmin edilsə də, arsenalını güclü texnika ilə zənginləşdirsə də, erməni əsgəri yüksək döyüş ruhlu Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcək.
Ermənistan Azərbaycana
heç bir real təhlükə yarada bilməyəcək
Son proseslər
göstərdi ki, Ermənistan konkret olaraq ikili oyun
oynayır. Bir tərəfdən baş nazir Nikol Paşinyan Brüssel görüşündə
sülh müqaviləsinin
mətninin hazırlanmasına
razılığını verir, digər tərəfdən Ermənistan
ordusu təxribat törətməkdən əl
çəkmir.
Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Vladivostokda keçirilmiş
forumda çıxışı
zamanı faktiki olaraq yeni hərbi
qarşıdurma iddiası
səsləndirdi və
bu əslində elə sentyabrın 12-də
başlanan gərginliyin
siyasi anonsu idi.
Sentyabrın 12-da baş verən genişmiqyaslı təxribat
isə Azərbaycan Ordusunun qətiyyətli cavab əməliyyatı həyata keçirməsini
şərtləndirdi. Ümumiyyətlə,
son bir ay ərzində
Ermənistan silahlı
qüvvələrinin dövlət
sərhədinin Laçın,
Gədəbəy, Daşkəsən
və Kəlbəcər
rayonları istiqamətində
törətdikləri təxribatlar,
Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin
müxtəlif çaplı
silahlardan atəşə
tutulması intensiv və sistematik xarakter daşıyırdı.
Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan
sərhədləri boyunca
hücum təyinatlı
silahların, ağır
artilleriya vasitələrinin
və şəxsi heyətin cəmləşdirilməsi
müşahidə olunmaqda
idi. Bütün bu faktlar bir daha ona
göstərirdi ki, Ermənistan genişmiqyaslı
hərbi təxribata hazırlaşır. Ermənistan bu
kimi əməlləri
ilə həmçinin
Azərbaycanın işğaldan
azad edilmiş sərhədyanı rayonlarında
həyata keçirdiyi
irimiqyaslı mülki
infrastruktur layihələrinin
icrasını ləngitmək
və Azərbaycan sərhədləri yaxınlığında
gərginliyi saxlamaq məqsədini güdürdü.
Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır
və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradırdı. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti
ağır zərbə
olmuşdu. Odur ki, daxili təzyiqləri neytrallaşdırmaq, ictimai
rəyi dəyişdirmək
üçün növbəti
hərbi-siyasi avantüraya
əl atmaq lazım idi. Sonuncu təxribat bunu təsdiqlədi. Lakin düşmən
yenə də məkrli niyyətinə çata bilməyib ağır zərbə aldı.
Azərbaycan Ordusu düşmən təxribatlarına qətiyyətli
cavab əməliyyatlarında
71 şəhid versə
də, Ermənistan yüzlərlə hərbçisini
itirdi. Müzəffər Ordu şəhidlərin
qanını yerdə
qoymadı. Özü
təxribata başlayan
Ermənistan sonunda yenə də beynəlxalq təşkilatlara,
havadarlarına yalvararaq
atəşkəsin təmin
olunmasına vasitəçi
olmalarını xahiş
etdi.
Ümumiyyətlə, sentyabrın
12-13-də baş verənlər
2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan
dövlət sərhədinin
Tovuz rayonu istiqamətində Ermənistanın
növbəti təxribatı
nəticəsində baş
verən qarşıdurma
ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi
təxribatına məruz
qalaraq cavab vermək və öz təhlükəsizliyinin
təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
Ermənistanın növbəti avantürası
bir daha göstərdi ki, regionda formalaşmış
yeni reallığın
dəyişdirilməsi isitqamətində
atılan istənilən
addım onu edən ölkənin özü üçün
yeni faciələrə
səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin
Laçın, Kəlbəcər
və Zəngilan istiqamətində qurduğu,
Azərbaycanın təhlükəsizliyinə
təhdid yaradan bütün hərbi təyinatlı obyektlər
darmadağın edildi.
İndi həmin istiqamətdə bütün yüksəkliklər
ordumuzun əlindədir.
Azərbaycan həmin bölgədə
bütün nəqliyyat-kommunikasiya
sistemini, çox mühüm yüksəklikləri
nəzarətə götürüb.
Artıq
nə indi, nə də gələcəkdə Ermənistan
Azərbaycana heç
bir real təhlükə
yarada bilməyəcək.
2020-ci il
Tovuz hadisələrindən
hazırkı gərginliyi
fərqləndirən önəmli
cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal
altında idi. Bu gün isə Azərbaycan Ordusu dövlət sərhədinin
Kəlbəcər, Laçın,
Zəngilan rayonları
istiqamətində Ermənistanın
təxribatlarına layiqli
cavab verir.
Ermənistanın son təxribatı nəticəsində
şəhid olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi,
düşmənin yeni
təcavüz planlarına
imkan verməmək üçün qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və şücaətləri ilə
bir daha düşmənə və
bütün dünyaya
nümayiş etdirdilər
ki, Azərbaycan qadınları dünyaya Vətənini, millətini
sevən yüzlərlə,
minlərlə Mübarizlər
gətirir. O Mübarizlər ki, qanı ilə, canı ilə Vətənə bağlı
olub, ona yönələn istənilən
təxribata qarşı
sinəsini sipər edib, düşmənə
gözdağı verməyi
bacarır. Bu yolda yeri gələndə
şəhidlik zirvəsinə
ucalaraq Vətənin ölümsüz qəhrəmanlarına
çevrilirlər. Bu gün isə Vətən deyəndə
Mübarizlər, Mübarizlər
deyəndə Vətən
başa düşülür
və bu, illər, əsrlər keçsə də, belə olacaq. Çünki bu gün dünyaya gələn zəfər övladları
igidlərimizin qanları
ilə yazdıqları
qərhəmanlıq salnamələrini
oxuyaraq yüksək vətənpərvərlik ruhunda
böyüyəcəklər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 16 sentyabr.- S.5.