Şəhid Murad Rəsulov Şabranda dəfn edilib
Ermənistan silahlı qüvvələri
tərəfindən dövlət
sərhədində törədilən
genişmiqyaslı təxribatın
qarşısını alarkən
şəhidlik zirvəsinə
ucalan leytenant Rəsulov Murad İlqar oğlu Şabranda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin, Şabran
Rayon İcra Hakimiyyətinin
rəsmiləri, rayon ictimaiyyətinin
nümayəndələri və
kənd sakinləri iştirak ediblər.
Dəfn mərasimində çıxış
edənlər şəhidlik
zirvəsinə ucalan zabitin şərəfli döyüş yolundan, Vətənə olan sevgisindən danışıblar.
22 yaşlı
Murad Rəsulov Şabrandakı Şəhidlər
xiyabanında torpağa
tapşırılıb, məzarı
üstünə əklil
və tər qərənfillər qoyulub.
Tabut üzərinə çəkilmiş
üçrəngli Azərbaycan
bayrağı ailəsinə
təqdim edilib.
Azərbaycan.- 2022.- 16 sentyabr.- S.7.