Azərbaycan Pelosinin
gözyaşlarına inanmır…
"Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər".
Yazıçı Jemçuynikovun erməni xislətini dəqiq izah edən bu iki cümləsi də sübut edir ki, erməni bədnamlığı, fitnəsi, riyası nə dünənin, nə bugünün, nə də sabahın problemidir… Erməni məkri bu dünyanın çözülməsi çox müşkül olan əbədi problemidir.
Daim "biçarə" obrazında olan bu riyakarlar maskalanaraq dünyanın gözündə əzilən, çətinliyə düçar olan "zavallı" xalq rolunu məharətlə ifa edirlər…
Kimisi "məzlum" ermənilərin bu tamaşalarına inanır, onlara yazıqları gəlir, kimisi də erməni xislətinə bələd ola-ola onların bu riyakarlıqlarından öz mənafeləri üçün məharətlə istifadə edirlər...
Sentimental hisslər üzərindən
erməni lobbisinə
"hücum"
Elə Cənubi Qafqazda vəziyyətin çox həssas olduğu bir dönəmdə Ermənistana səfər edən ABŞ Konqresi Nümayəndələr Palatasının
spikeri Nensi Pelosi kimi. Vəzifəsinin müddətinin başa
çatmasına cəmi
iki ay qalan Nensi Pelosi regiondakı vəziyyətdən öz
xeyrinə yararlanmaq üçün, necə deyərlər, fürsəti
fövtə vermədi
və Ermənistana yola düşdü.
Nə təsadüfdür ki, Pelosinin nümayəndə
heyətinə üç
nəfər də ermənipərəst konqres
üzvü daxil edilmişdi.
Gözlənildiyi kimi, Ermənistanda xanım
Pelosi dünyada, xüsusilə
də ABŞ-da yaşayan ermənilərin
xoşuna gələcək
və bölgədəki
vəziyyəti təhrif
edən açıqlamalar
verdi. Azərbaycana qarşı əsassız
və ədalətsiz
ittihamlar irəli sürdü.
N.Pelosi Ermənistanda
hətta emosional obraza bürünərək,
- bunu həm də sentimental hisslər üzərindən "hücum"
da adlandırmaq olar, - özünü bir-iki damla gözyaşı
axıtmağa da məcbur etdi...
Bir sözlə, Nümayəndələr
Palatasının spikeri
ABŞ Konqresinə keçiriləcək
aralıq seçkilərdən
öncə oradakı
erməni lobbisinin dəstəyini qazanmaq və şəxsi maraqlarına xidmət edəcək bütün mümkün variantlardan istifadə etdi.
N.Pelosinin bu canfəşanlığının işə yarayıb-yaramayacağı,
onun erməni yalanlarına həqiqət
donu geydirmək cəhdinin erməni lobbisinin xoşuna gəlib-gəlməyəcəyi isə cəmi iki aydan sonra
bəlli olacaq...
Amma bütün bunların, Ermənistanda sərgilənən
şou xarakterli məzhəkənin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bütün bu olanlar ABŞ-dakı erməni lobbisi ilə N.Pelosi arasında olan şəxsi məsələdir...
Özləri bilər...
Azərbaycan həqiqətlərini
bilə-bilə ölkəmizə
qarşı əsassız
ittihamlar irəli sürdü
Bizi maraqlandıran əsas məsələ ABŞ Konqresi
Nümayəndələr Palatasının
spikeri Nensi Pelosinin Azərbaycan həqiqətlərini bilə-bilə
ölkəmizə qarşı
əsassız ittihamlar
irəli sürməsidir.
Axı iki əsrə yaxındır ki, Azərbaycan xalqı erməni faşistlərinin
qaniçən əməlləri
ilə üz-üzədir. Zaman-zaman
erməni qatillərinin
törətdikləri faciələrin
qurbanına çevrilmişik,
onların törətdiyi
1918-ci il Mart soyqırımı, 1992-ci il
26 Fevral - Xocalı soyqırımı, əsir
götürdükləri soydaşlarımızın
başına gətirdikləri
müsibətlər heç
kəsin yadından çıxmayıb, dünya
durduqca erməni adının qarşısında
qara ləkə kimi qalacaq.
Şovinist erməni milliyyətçilərinin
işğalçılıq siyasəti nəticəsində
yüz minlərlə
soydaşımız tarixi
dədə-baba yurdlarından
məcburən çıxarılıb,
qaçqına, məcburi
köçkünə çevrilib. 30 il müddətində
Qarabağı və ətraf rayonları işğal altında saxlayan erməni vandalları bu ərazilərdə daşı
daş üstündə
qoymayıblar, tarixi, dini, mədəni irsimizi yerləyeksan edib, bu yerlərdə
"yanmış torpaq"
siyasəti həyata keçiriblər.
Ola bilsin ki, bir çoxları
mənfur ermənilərin
Azərbaycan xalqının
başına gətirdiyi
bu faciələrdən
bixəbərdir, amma məhz xanım Pelosi şəxsən bu həqiqətləri bilir...
Mətbuatda yer alan məlumatlardan oxuyuruq ki, 1998-ci ilin
yayında Ermənistan
və Azərbaycana səfər edən ABŞ
Konqresinin nümayəndələri
arasında Nensi Pelosi də olub. Həmin
vaxt Azərbaycana səfər zamanı Nensi Pelosi və digər konqresmenlər helikopterlə məcburi köçkün şəhərciyinə
gedirlər və
Pelosi məcburi köçkünlərin
yaşayış şəraitini
görəndə gözyaşlarını
saxlaya bilmir...
Bəli, Nensi xanım işğalçı
ermənilər tərəfindən
öz dədə-baba
yurdlarından didərgin
düşərək acınacaqlı
şəraitlərdə yaşamağa
məhkum olan azərbaycanlıların faciəsinə
laqeyd qala bilməmişdi...
Amma görünür, spikerin ürəyindəki
vəzifə eşqi,
onu bu faciəvi
mənzərəni yaddaşından,
qəlbindən silməyə
vadar edib və buna görədir
ki, hələ də erməni seçicilərin səslərinə
görə, erməni
lobbisinin əsas fiquru olmaqdan vaz keçə bilmir, ikili oynayır,
haqqı nahaqqa qurban verir...
Azərbaycan milli maraqlarını qətiyyətlə
özü təmin edir
Əslində, Azərbaycan 30 ildir ki, ABŞ-ın, Qərbin bəzi dairələrinin ikili standartları ilə qarşı-qarşıyadır. Buna bariz faktlardan biri 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə
ABŞ Konqresi tərəfindən
"Azadlığa Dəstək"
Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan
düzəlişin olmasıdır.
Buna bariz nümunələrdən biri
artıq tarixin arxivinə gömülmüş
ATƏT-in Minsk qrupunun 30 il müddətində
ölü qurum kimi fəaliyyət göstərməsidir.
Buna bariz
misallardan biri BMT-nin Azərbaycan torpaqlarının işğalı
ilə bağlı qəbul etdiyi 4 qətnaməni icra etməməsidir.
Və bu 4 qətnaməni Azərbaycanın özünün
icra edərək Vətən müharibəsində
parlaq zəfər qazanmasıdır.
İndən belə
isə xanım Pelosi hər nə qədər ermənilərin
özlərini düşürdüyü
bu acı aqibətlərinə gözyaşları
töksə də, hər nə qədər Azərbaycana qarşı qərəzli
açıqlamalar versə
də, bütün bunlar "politika" baxımından
bir qara qəpiyə dəyməyəcək.
N.Pelosinin Ermənistan səfəri
ABŞ qanunvericiliyinə görə
əhəmiyyətli bir
səfər hesab olunmur. Çünki xarici siyasətdə
istər spiker, istərsə də konqres çox məhdud rol oynayır və diplomatiyada əsas funksiya Prezidentə məxsusdur.
İndi Cənubi
Qafqaz regionunda baş verən hadisələrin siyasi məcrada axınının
nəticəsi isə
belə olacaq: işğalçı Ermənistan
nə qədər
hay-küy salsa da, özünə güclü
havadarlar axtarsa da, faydası olmayacaq. Azərbaycanın
haqlı şərtlərinə
əməl etməyə,
sülh bağlamağa
məcbur olacaq, ya öz xoşu
ilə, ya da ki zorla!
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 20 sentyabr.- S.3.