“Azərbaycanın
xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ermənilərin
hücumları ciddi narahatlıq doğurur”
Son günlərdə Azərbaycanın
xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin
binalarına qarşı bu ölkədəki erməni
icmaları tərəfindən hücumların törədilməsi
ciddi narahatlıq doğurur.
Xarici İşlər Nazirliyinin
(XİN) Mətbuat xidməti idarəsindən AZƏRTAC-a
bildirilib ki, özündə vandalizm və terror elementlərini
ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə
xəsarət yetirmək məqsədini güdür, beləliklə
də cinayət məsuliyyəti doğuran əməllər
kimi səciyyələndirilir.
Radikal erməni qruplarının
cinayətkar hərəkətlərini qətiyyətlə
pisləyirik və müvafiq ölkələrdə bu cür
təxribatların qarşısının alınmasına
cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə
yanaşmasını gözləyirik.
Azərbaycan tərəfi radikal erməni
qüvvələrinin törətdiyi vandalizm aktlarının
aidiyyəti dövlətlərin hüquq-mühafizə
orqanları tərəfindən
araşdırılmasını və bu cinayətləri
törədənlərin hərəkətlərinə
hüquqi qiymət verilməsini tələb edir.
Xatırladırıq ki, Diplomatik əlaqələr
haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq,
diplomatik nümayəndəliyi hər cür hücumlardan və
zərər vurulmasından qorumaq və nümayəndəliyin
sakitliyinin pozulmasının və ya şərəfinin təhqir
olunmasının qarşısını almaq üçün
lazımi tədbirlər görmək yerləşmə
dövlətinin xüsusi vəzifəsidir.
Azərbaycan.-
2022.- 20 sentyabr.- S.4.