Erməni faşizmi
cinayət əməllərini davam etdirir
Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti bütün dünyaya məlumdur. Ordusu imkan düşəndə yırtıcıya dönür, yetməyəndə fərarilik edir, qorxaqlığını nümayiş etdirir.
İstər müharibə, istərsə də atəşkəs dövründə öz məkrli niyyətlərindən əl çəkməyən işğalçı Ermənistanın silahlı qüvvələri yalnız Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutmaqla kifayətlənmir. İllərdir ki, dinc mülki əhalimizə qarşı da cinayət əməllərini davam etdirirlər.
Onların bilərəkdən, nişan alaraq atdıqları güllələr nəticəsində dinc Azərbaycan vətəndaşları yaralanır, həlak olurlar. Son günlər baş verən hadisələr bunu bir daha göstərdi.
Dinc
azərbaycanlıları hədəfə alan erməni
vandalları
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində iki mülki şəxs - Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Asim İsa oğlu Musayev və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Arzuman İman oğlu Orucov yaralandılar.
Yenə də əlinə silah almamış, öz gündəlik işləri ilə məşğul olan, halal zəhməti ilə ailəsini dolandıran iki dinc sakinimiz Ermənistan silahlı qüvvələrinin hərbi cinayətkarlığının ağrı-acısını çəkdi.
1980-ci illərin sonlarından başlayaraq Qarabağı münaqişə ocağına çevirəndə də erməni quldurları dinc Azərbaycan sakinlərini hədəfə almışdılar. Qarşılarına çıxanlara aman verməmişdilər. Birinci Qarabağ müharibəsində minlərlə dinc sakin - uşaq, qadın, qoca, gənc yalnız azərbaycanlı olduğu üçün erməni silahlıları tərəfindən atəşə tutulmuş, yaralanmış, dəhşətli işgəncələrlə qətlə yetirilmiş, əsir saxlanılmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri soyqırımı isə nəinki azərbaycanlıların, bütün insanlığın faciəsi olmuşdu.
1994-cü ildə atəşkəs
elan olundu. Ancaq Ermənistan
dövləti heç
zaman öz təcavüzkar siyasətindən
uzaqlaşmadı, bəşəri
və insani dəyərlərə, beynəlxalq
hüquq normalarına
və konvensiyalara məhəl qoymadı,
terror və soyqırımı
aktları törədərək
hərbi cinayətlər
həyata keçirdi.
Terrorçu Ermənistana beynəlxalq
müstəvidə layiqli
cavab verilməlidir
2020-ci il sentyabrın
27-də səhər saat
6:00 radələrində düşmən
növbəti dəfə
iriçaplı silahlardan,
minaatanlardan, müxtəlif
artilleriya qurğularından
istifadə etməklə
təmas xəttində
yerləşən kəndlərimizə,
hərbi mövqelərimizə
genişmiqyaslı hücumlara
başladı. Gəncə, Mingəçevir şəhərlərində
mülki əhalinin yaşadığı məntəqələr
hədəfə alınaraq
uzaq və yaxın mənzilli artilleriya qurğularından
raket atəşinə
tutuldu. Mülki şəxslər arasında
həlak olanlar və yaralananlar var idi, dinc
əhaliyə məxsus
çoxlu ev
dağıdıldı, təsərrüfatlara
ciddi ziyan dəydi.
Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı bildirdi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur.
Düşmənin atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə də Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda, dinc əhaliyə qarşı terror əməlləri törətməkdə davam etdi. Ermənistan silahlı qüvvələri Gəncə, Bərdə, Beyləqan, Tərtər və digər yaşayış yerlərimizdə qətliam aktı həyata keçirməklə beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının qaydalarını kobud surətdə pozdular.
Bu fakdır ki, Ermənistan beynəlxalq hüququ heçə sayır, əhalinin zəif təbəqəsi olan uşaqlara, qadınlara, qocalara, dinc əhaliyə qarşı güc tətbiq etməkdən çəkinmir. Ermənistan silahlı qüvvələrinin mülki insanları atəşə məruz qoyaraq yeni-yeni hərbi cinayətlər törətməkdə davam etməsinə isə beynəlxalq təşkilatların, beynəlxalq birliyin gərəkli cavab verməməsi, təzyiq göstərməməsi təəssüf doğurur. Bu, terrorçu, işğalçı dövlətin - Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməməsi, cəzasız qalması regionda sülhün, əmin-amanlığın bərqərar olunmasına da böyük zərbə vurur.
Z.FƏRƏCOVA,
Azərbaycan.-2022.- 21 sentyabr.- S.6.