Əbədiyyət ünvanlı şəhidlər
Daha səksən gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi, Vətən. Ərazilərin yenidən düşmən tapdağına çevrilməsin deyə şəhid oldular. Onlar da sənin azadlığın, suverenliyin naminə canından keçənlərin, ünvanı əbədiyyət olanların sıralarına qoşuldular.
Gözlərimizdə yaşa, ürəyimizdə nisgilə,
qüssəyə çevrilən şəhid xəbərləri aldıq
Şəhidlərin doğmalarını odsuz-ocaqsız yandırdı bu xəbərlər. Bir evdən, bir ocaqdan, bir ailədən gedən oğullar, təkcə bir evin, bir ocağın, bir ailənin yox, Vətən, sənin hər yurdunun şəhid oğullarına döndülər. Səksən igidin şəhid olması xəbərləri gözlərdə yaşa, qəhərə döndü, ürəklərdə nisgilə, hüznə çevrildi.
Çox gəncdilər axı... Onların boylarını oxşamalı əllər tabutlarına uzandı, o tabutların bürünüb gətirildiyi üçrəngli bayraqlara titrəyə-titrəyə sığal çəkdi doğmaları...
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.
- deyib əzizləmişdi bu müqəddəs üçrəngli bayrağı bir zamanlar şair Bəxtiyar Vahabzadə. Bu il sentyabrın 12-si gecəsindən başlayan Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan daha 80 oğlun isə sənin qaraca torpağını Vətən etmək naminə ata-analarının, həyat yoldaşlarının, övladlarının yanına sağ-salamat qayıtmadılar.
Atalar şəhid oğullarının cənazəsi yanında donub qaldılar. Dünyanın ən ağır dərdi yükləndi çiyinlərinə... Övladlarını öz əlləri ilə torpağa tapşırırdılar. O səksən şəhiddən birinin - Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Elşən Babazadənin atası Sahib kişi: "Adətdə görmüşük ki, ata oğlun çiynində gedir, amma mən bu gün onu çiynimdə gətirib dəfn etdim", - deyib hər kəsin qəlbini dağladı. Sentyabrın 12-si gecəsindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Elşən Babazadənin atası bütün şəhid atalarının dərdini ifadə etdi...
Atalar, analar
"Vətən sağ
olsun!" dedilər
Şəhidlərimizin yaxınlarının ən
böyük təsəllisi
odur ki, Ermənistan silahlı qüvvələri yenidən
məğlubiyyətə uğradı. Və nə
qədər ki, onların oğulları kimi qəhrəmanlarımız
var, yağı düşmənlər Azərbaycanın
ərazilərində bir
daha meydan sulaya, insanlığa sığmayan vandal əməllərini
həyata keçirə
bilməyəcəklər. Bir də təsəlliləri
odur ki, şəhidlərimizin qanı
yerdə qalmadı.
Yoldaşları şəhidlərimizin qisasını döyüş
meydanında aldılar.
Yağı düşmənə aman verməyən oğullarla
fəxr etdi, onların cəsarəti, şücaəti, qəhrəmanlığı
ilə qürur duydu bütün Azərbaycan. Zəhmətlə, əziyyətlə böyütdüyü, böyük
arzularla boya-başa çatdırdığı, gələcəyinə
ümidlər bəslədiyi
gənc övladını
torpağa tapşıran
şəhid ataları,
şəhid anaları
da "Vətən sağ olsun!" dedilər.
Təki sən yaşa, Vətən!
"Dünya
şirin, can şirindir",
- deyirlər. İnsan hansı yaşda
olursa-olsun bu dünyadan doymur. Gənc yaşında ölümün
üstünə gedən
oğullar isə sübut edirlər ki, Vətən candan şirindir. Xalqımız Vətəninə,
torpağına bağlı
qəhrəmanlar yetişdirən
xalqdır. İgid oğullarımız bu cəsarəti, əzmi, mübarizliyi
2016-cı ilin Aprel döyüşləri zamanı
da bütün dünyaya nümayiş etdirdilər. O zaman da Ermənistan silahlı qüvvələrinin
təxribatının qarşısını
alarkən canından keçən nə qədər mərd oğlumuz sənin yolunda canından keçdi, Vətən. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq
üçün son damla
qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində
Azərbaycana sonsuz sevgi ilə qəhrəmancasına döyüşüb
şəhid olan igidlərimiz bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə,
minlərlə, milyonlarladır.
2020-ci ilin
iyulunda Ermənistan-Azərbaycan
dövlət sərhədinin
Tovuz istiqamətində
artilleriya atəşi
nəticəsində hərbçilərimiz
və bir mülki şəxs həyatını itirdi. O zaman da ilk atəşi açan Ermənistan tərəf oldu. Azərbaycan düşmənə
layiqli cavabını verdi. Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın
ərazilərini işğal
etmək arzuları yenə də gözlərində qaldı.
Həmin ilin -
2020-ci ilin 27 sentyabrı
səhəri Ermənistan
silahlı qüvvələri
bir neçə istiqamətdən müxtəlif
növ silahlardan, o cümlədən ağır
artilleriyadan istifadə
edərək yaşayış
məntəqələrimizi, eyni zamanda hərbi
mövqelərimizi atəşə
tutdular. Həmin gün də
düşmən atəşi
nəticəsində mülki
əhali və hərbçilərimiz arasında
itkilər, yaralananlar oldu. Qəhrəman Azərbaycan Ordusu düşmənin hərbi
mövqelərinə atəşlər,
zərbələr endirməklə
cavab verdi.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyev qismən səfərbərlik
elan etdi. Minlərlə igid azərbaycanlı
könüllü cəbhəyə
yollandı. 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər
salnaməmizə çevirdi
qəhrəman oğullarımız.
Təcavüzkar Ermənistanın silahlı qüvvələrini
ərazilərimizdən qovdu
Azərbaycanın igid
döyüşçüləri. Vətən müharibəsində də
iki min doqquz yüz yeddi döyüşçümüz şəhid oldu.
Vətən müharibəsində biabırçı
məğlubiyyətindən dərs almayan Ermənistan məkrindən,
təcavüzkarlıq siyasətindən
əl çəkmədikcə
rəşadətli Azərbaycan
Ordusunun cavabı da ağır, sarsıdıcı olacaq. Bunu Ermənistan
silahlı qüvvələrinin
sentyabrın 12-si gecəsindən
başlayan genişmiqyaslı
təxribatının nəticələri
bir daha göstərdi. Düşmən layiq olduğu cavabı aldı. Ermənistan əmin olmalıdır ki, Azərbaycandan bir daha torpaq
qoparmağı mümkünsüzdür.
Təcavüzkar Ermənistan silahlı qüvvələrinə növbəti
məğlubiyyəti yaşadan
daha səksən igidin nakam köçdü
bu dünyadan, Vətən. Daha səksən qəhrəman
oğlunun ünvanı
əbədiyyət oldu. Onlar sən
yaşayasan, güclü,
məğlubedilməz olasan
deyə, şəhidlik
zirvəsinə ucaldılar.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.- 20 sentyabr.- S.8.