“Audiovizual yerüstü yayım həyata keçirən
dövlət orqanlarının (qurumlarının)
Siyahısı”nın və “Çap
mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının
(qurumlarının) Siyahısı”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 sentyabr 2022-ci il
Azərbaycan.- 2022.-18 sentyabr.- S.2.