Məşğulluq sosial müdafiənin ən etibarlı formasıdır

 

 

Azərbaycanda icra edilən islahatların hədəfi ölkənin iqtisadi inkişafı ilə yanaşı, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır. Bu islahatlar sayəsində açılan yerləri məhsul istehsalını artırmaqla bərabər, insanların məşğulluğunun təmin olunmasına xidmət edir. Dünya təcrübəsi göstərir ki, əhalinin sosial müdafiəsinin ən etibarlı forması məşğulluqdur.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan etmişdir ki, dövlətin apardığı siyasətin əsas hədəfi Azərbaycan vətəndaşının sosial rifahını yüksəltməkdir. Sosial siyasət çoxşaxəli olsa da, əsas məqsəd əhalinin güzəranını yaxşılaşdırmaqdır. Dövlət başçısının yeni yerlərinin  açılmasına göstərdiyi diqqət də ölkənin iqtisadi inkişafı ilə yanaşı, əhalinin sosial vəziyyətinin yüksəldilməsinə yönəldilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin 6 ayında ölkədə 33,5 min yeni yeri açılmışdır. Diqqətəlayiq haldır ki, yeni yerlərinin 92 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Bu sahədə özəl sektorun önə  çıxması aparılan iqtisadi islahatlar sayəsində mümkün olub. Ona görə ki, dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. İş adamlarının hüquqlarının qanunvericilik əsasında qorunması üçün genişmiqyaslı hüquqi islahatlar aparılıb, həmçinin sahibkarlara bir çox güzəştlər edilib. Bunun sayəsində özəl sektor inkişaf edərək ölkədə kapital qoyuluşunda da önəmli rol oynayır. Digər tərəfdən, dövlət-özəl sektor tərəfdaşlığı da sahibkarlığın inkişafını stimullaşdırır.  Bir sözlə, özəl sektorun inkişafı həm də yeni yerlərinin yaradılmasına geniş imkanlar açır.

Hazırda Avropa ölkələrində əmək qabiliyyətli əhali sarıdan problemlər var. Bir çox dövlətlər vaxtaşırı ölkənin nə qədər əmək qabiliyyətli insana ehtiyac olduğu barədə məlumat verir. Həmin ölkə işçi qüvvəsinə ehtiyacını ödəmək üçün əmək miqrantları qəbul etməyə məcbur olur. Bizdə isə bu sahədə vəziyyət yaxşıdır. Hazırda ölkə əhalisinin 7 faizi ahıl, 70 faizi qabiliyyətlidir. Həmçinin bu sahədə aparılan tədqiqatlar onu göstərir ki, 2050-ci ildə qabiliyyətli əhalinin payı dəyişməsə də, ahıl əhalinin sayı artacaq. Belə hal indidən bir sıra zəruri sosial tədbirlərin görülməsini tələb edir. Bu məqsədlə sosial dəstək tədbirləri artırılmalı və sosial sığorta sistemi gücləndirilməlidir. Eyni zamanda əmək bazarı daha da strukturlaşdırılmalı, sosial sığorta ödənişlərinin yetərliliyi təmin edilməlidir ki, gələcəkdə sosial ödənişlərin verilməsində problem yaranmasın.

Yeni yerlərinin açılması və əmək müqaviləsinin bağlanması gələcəkdə ahıl əhalinin etibarlı sosial müdafiəsi üçün başlıca şərtdir. Bu üzdən dövlət çalışan işçilərin əmək müqaviləsinin bağlanmasına xüsusi diqqət yetirir. Görülən tədbirlər sayəsində son 4 ildə əmək müqavilələrinin bağlanması 30 faiz artmış və 400 min yeni əmək müqaviləsi imzalanmışdır. Həmçinin həssas təbəqədən olan şəxslərin əmək fəaliyyəti ilə məşğul olması üçün Dünya Bankının dəstəyi ilə 55 min mikrokiçik biznes strukturu yaradılmışdır.

KiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni yerlərinin açılmasında aktiv rol oynayır. Belə ki, agentlik yeni bizneslərin yaradılmasına dəstək göstərir. Tibb xidmətlərini vahid platformada birləşdirən "Plast" MMC tərəfindən "plast.az" tibb xidmətləri portalı yaradılıb.

KOBİA-dan verilən məlumata görə,  platformanın məqsədi onlayn şəkildə vətəndaşlara tibbi xidmətlər göstərməkdir. Bunun üçün özəl klinikalar tərəfindən göstərilən xidmətlər "plast.az" onlayn platformasında yerləşdiriləcək. Sayt xidmətlə yanaşı, həm də maarifləndirmə platformasıdır. Portalın yaradılmasına dövlət dəstəyi KiçikOrta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilib. Belə ki, KOBİA tərəfindən "Plast" MMC-yə "Startap" şəhadətnaməsi verilib, onlayn platformanın yaradılmasına məsləhət, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, Sumqayıt şəhərində fəaliyyət göstərən özəl klinikalarla əlaqələndirmə həyata keçirilib. Agentliyin Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən isə təlim, digər dəstək və xidmətlər göstərilib. Sumqayıt şəhərində fəaliyyət göstərən özəl klinikaların iştirakı ilə "Plast" layihəsinin təqdimatı keçirilib. Tədbirdə tibb xidmətlərinin onlayn platforma üzərindən təqdim olunması və bunun üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Bu layihə də yeni yerlərinin açılmasına imkan verəcək ki, işsiz vətəndaşlar da bundan faydalanacaq.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 21 sentyabr.- S.5.