"Bu Vətənə bir yox, min Cəmil
qurban olsun!"
Ermənistan silahlı
qüvvələrinin son təxribatlarını qəhrəmancasına
dəf edərək şəhid olanVətən
övladlarından biri
də Cəmil Qurbanzadədir. O, Astara şəhərində doğulub.
Vətənpərvər ruhda böyüyüb.
Laçın istiqamətində düşmənin
təxribatlarının qarşısını
alarkən şəhadətə
ucalıb. Şəhid Cəmil Qurbanzadənin atası Anar Qurbanzadə bildirdi: "Üç övladım
var. Böyüyü şəhidimiz
Cəmil Qurbanzadədir.
Ondan sonra iki qızım
var. Evin tək oğlu idi. Oğlumla bir neçə gün bundan əvvəl axşam saatlarında danışmışdım.
Laçın rayonunda xidmət
edirdi. Sonuncu dəfə danışanda
söylədi ki, narahat olmayın, hər şey yaxşıdır. Mən
hələ körpəliyindən
Cəmili haqq-ədalət
ruhunda tərbiyə etmişəm, ona demişəm ki, torpağıma kim
girsə, o mənim düşmənimdir. Fərqi
yoxdur, mənim torpağıma girən ermənidir, ya da başqası! Cəmil bu gün erməninin
üstünə gedibsə,
deməli, o təyin edib ki, onun
düşməni ermənidir.
Mən özüm də vətənpərvər insanam.
Övladlarımı da bu ruhda tərbiyə etmişəm. Bu torpağa canım qurban. Mənim oğlum Cəmil bu torpaq uğrunda
şəhid olub, Vətənim sağ olsun! Bir Cəmil
yox, min Cəmil fəda olsun bu torpağa! Yetər ki, Vətənim yaşasın!
Bu Vətəndə anam, bacım, iki qızım var. Milyonlarla qadınların simasında bacılarım,
qızlarım var. Mən
oğlumu ona görə böyütmüşəm
ki, məni və torpağımı qorusun".
Şəhid Cəmil Qurbanzadənin atası digər şəhid valideynləri üçün də təsəlli olacaq fikirlərini dilə gətirdi: "Digər şəhidlərimizin valideynlərinə təsəlli üçün onu deyə bilərəm ki, əgər övladlarını sevirlərsə, sınmasınlar, həmişə dik qalsınlar. Çünki onların övladları çox böyük iş görüblər. Hər kəsə şəhidlik nəsib olmaz. Əgər onun övladı şəhid olubsa, onlar qürurlanmalıdırlar. Bu gün mənim ətrafıma toplaşan insanların içərisində elələri var ki, bəlkə də üç gün əvvələ qədər məni tanımırdı. Amma indi məni hər kəs tanıyır. Bu da övladım Cəmilin sayəsindədir. Mən bundan qürur duyuram. Sadəcə olaraq, qəlbimiz göynəyir. Övladımızı görməyəcəyik deyə, ayrılıq bizi sıxır. Amma düşünəndə ki, övladım şəhidlik məqamına yüksəlib, köksümü fəxarət hissi bürüyür. Çünki şəhidlik mənim üçün əlçatmaz bir zirvədir. Oğlumu ona görə böyütmüşəm ki, cəmiyyətə, bu Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın".
Seyran CAVADOV
Azərbaycan.- 2022.- 18 sentyabr.- S.4.