Ermənistanın mina terrorçuluğu

 

2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətdilər.

Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefimövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdilər.

Düzdür, məkrli, xain düşmənin bu murdar əməllərinin qarşısının dərhal alınması istiqamətində qəhrəman ordumuzun əsgərləri təxirəsalınmaz tədbirlər görərək, cəmi 7 saat ərzində layiqli cavablarını verərək, onları yerlərinə otuzdurdu.

Amma istənilən halda bu terror əməlləri ilə faşistxislətli ermənilər Azərbaycan xalqına qarşı düşmənçiliklərini, kinlərini, nifrətlərini bir daha dünyaya nümayiş etdirdilər.

 

İşğalçı ölkə Qarabağı və Şərqi Zəngəzuru mina tarlasına çevirib

 

30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan ermənilər bu ərazilərdə külli miqdarda mina basdırıblar. Qarabağı və Şərqi Zəngəzuru başdan-başa mina tarlasına çevirən terrorçular basdırdıqları piyadatank əleyhinə olan bu partlayıcı qurğular sayəsində dinc əhaliyə, texnikaya, əraziyə mümkün qədər çox ziyan vurmaq məqsədi güdüblər.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda vətəndaşımız həlak olub, ciddi xəsarət alıb. Onların arasında KİV nümayəndələri də var.

Hazırda Azərbaycan dövlətinin qarşısında duran əsas problemlərdən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir. Ölkəmiz bu istiqamətdə bütün potensialından istifadə edərək həmin yerləri tez bir zamanda mina təhlükəsindən qurtarmaq istəyir. Amma bu elə də asan məsələ deyil, çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir.

Ermənistanın mina terroru işğaldan azad edilən yurdlarımızda aparılan quruculuq-bərpa işlərinin də ləngiməsinə, Böyük qayıdışın gerçəkləşməsinə əngəl yaradan maneə olaraq qalır. Keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına dönüş prosesini  ləngidir.

Azərbaycan bütün beynəlxalq tribunalarda işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin həlli ilə bağlı məsələni qaldırır, xalqımızın üz-üzə qaldığı bu təhlükəni dünyanın nəzərinə yetirir. Ermənistanın işğal altında saxladığı müddətdə Azərbaycan ərazilərinə basdırdığı minaların xəritələrinin ölkəmizə verilməsinin əhalimiz üçün həyati əhəmiyyət daşıdığını diqqətə çatdırır.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.

Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tankpiyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. Həmin ilin iyulun əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Təəssüf ki, həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.

Xatırladaq ki, Brüsseldə baş tutan bütün üçtərəfli görüşlərdə də mina probleminin həlli ilə bağlı müzakirələr aparılıb.

 

Laçında aşkarlanan piyada əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal olunub

 

Görünən odur ki, Ermənistan xalqımıza qarşı gerçəkləşdirdiyi mina terrorundan heç cür əl çəkmək istəmir. Son günlər sərhədimizdə baş verən təxribat sayəsində də məlum oldu ki, Ermənistan ərazilərimizə partlayıcı qurğular yerləşdirməyə cəhd edir, hərbçilərimizi, o cümlədən mülki əhalimizi mina təhlükəsi ilə üz-üzə qoyur.

Ötən ay Laçında aşkarlanan xeyli sayda piyada əleyhinə minalar da bu ölkənin 10 noyabr üçtərəfli razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri pozduğunu göstərir. 

Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin 15 avqustundan 31 avqustadək 1318 ədəd PMN-E növlü minalar aşkar edilib. Aşkar olunan minalar Vətən müharibəsindən sonra, yəni 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır. Baxmayaraq ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.

Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin beynəlxalq humanitar hüquqa zidd olaraq Laçında aşkarlanan PMN-E növlü minalarla bağlı birgə bəyanatında da məlumat verilir ki, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının Birinci Əlavə Protokolunun tələblərini pozurbunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

 

"Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbədir"

 

Vətən müharibəsindən sonra Ermənistanın dövlət sərhədimizdə törətdiyi ardıcıl təxribatlar işğalçıların məğlubiyyətlərini həzm edə bilmədiklərini və revanşist niyyətlər güddüklərini təsdiqləyir. Düşmənin sentyabrın 12-si gecəsindən başlayaraq Azərbaycana qarşı törətdiyi təxribatlar, ərazilərimizə mina döşəmələri isə qanlı əməllərinin daha bir nümunəsidir. Bütün bu yaramaz və ağılsız davranışları ilə Ermənistan 10 noyabr üçtərəfli Bəyanatında öhdəliyinə götürdüyü və qeyd-şərtsiz əməl etməli olduğu müddəaların icrasını yubatmağa, pozmağa yönəlik mövqe nümayiş etdirir.

Ermənistanın bölgədə sülhə mane olan təxribatçı əməlləri ilə bağlı Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında da söylədi ki, Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib: "İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışlar. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbədir. Buna görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Ermənistan nə qədər ki özü üçün gec deyil, Azərbaycana qarşı revanşist davranışlarından əl çəkməli, təxribatçı əməllərinə son qoymalıdır. Əks təqdridə qisasımız həmişəki kimi ağır olacaq!  

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 18 sentyabr.- S.6.