Ağdamda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərən tabe rayon
və ərazi hərbi prokurorlarının iştirakı ilə
əməliyyat müşavirəsi keçirilib
Sentyabrın 21-də Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, tədbirdən əvvəl müşavirə
iştirakçıları Azərbaycan Respublikası
Prezidentinin Ağdam şəhərində yerləşən
xüsusi nümayəndəliyinin Qərargahına gələrək
xalqımızın ümummilli lideri Heydər Əliyevin
büstü önünə əklil və gül dəstələri
düzüb, dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin
ehtiramla yad ediblər.
Bundan
sonra, tədbir iştirakçıları Ağdam şəhərindəki
Şəhidlər xiyabanını ziyarət edərək
Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin
suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini hörmətlə
anıb, məzarları üzərinə tər
çiçəklər düzüblər.
Müşavirə
başlamamışdan öncə torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canından keçmiş
şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla
anılıb, qazilərimizə şəfa dilənib.
Əməliyyat
müşavirəsində çıxış edən
Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin əsasını
qoyduğu müdrik və düşünülmüş
dövlətçilik kursunun alternativsiz davamçısı,
“Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin
rəmzinə çevirən Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin
olunduğunu diqqətə çatdırıb.
Şanlı
tariximizin ən parlaq səhifələrindən olan Vətən
müharibəsi Zəfərinin ölkəmizin regionda və
dünyada mövqelərini əhəmiyyətli dərəcədə
möhkəmləndirdiyi bildirilməklə dövlət
başçısının bilavasitə rəhbərliyi,
Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından
iştirakı ilə reallaşan müxtəlif istiqamətli
layihələrin, strateji infrastruktur obyektlərinin
açılışının Qarabağ və Şərqi
Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük
Qayıdış”ın əsasını qoyduğu qeyd edilib.
Müşavirədə
torpaqlarımızın erməni
işğalçılarından azad edilməsi uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalan qəhrəman Vətən oğullarının ailələrinin,
döyüşlər zamanı yaralanan qazilərin, eləcə
də müharibə iştirakçılarının Ali
Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyevanın müstəsna qayğısı ilə
əhatə olunduqları xüsusi vurğulanıb, şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə
yeni evlərin və mənzillərin verilməsi, onların
maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına
dəstək məqsədilə yaradılmış
“YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin
önəmi diqqətə çatdırılıb.
Bildirilib
ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları da Vətən
müharibəsi gedişində cəmiyyətimizlə bərabər
səfərbər olaraq səlahiyyətləri daxilində
üzərilərinə düşən vəzifələri
uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının
aparıldığı şəraitdə qanunsuz erməni
birləşmələrinin törətdikləri hər bir
cinayət faktı üzrə zəruri istintaq hərəkətləri
həyata keçiriblər.
Müşavirədə
prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli
şəkildə ölkə başçısının “Azərbaycan
Respublikasının işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi idarəetmənin təşkili
haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanından və bu
istiqamətdə tapşırıqlarından irəli gələn
vəzifələrin icrasının diqqət mərkəzində
saxlandığı qeyd edilməklə Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə
yaradılmış işğal nəticəsində
vurulmuş ziyanın qiymətləndirilməsi və aradan
qaldırılması üzrə Dövlət
Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının
fəaliyyətində yaxından iştirakın təmin
edildiyi bildirilib.
Əməliyyat
müşavirəsində prokurorluğun fəaliyyətinin
dövlət səviyyəsində yüksək qiymətləndirildiyi
diqqətə çatdırılmaqla prokurorluq
orqanlarının Prezident İlham Əliyevin daim diqqət və
qayğısı ilə əhatə olunduğu qeyd edilib,
ölkə başçısının sərəncamı
ilə yaradılmış yeni hərbi prokurorluqların
qısa zamanda fəaliyyətə başlamasının
mühüm əhəmiyyət kəsb etdiyi bildirilişdir.
Baş
prokuror xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi
Zəngəzurun yenidən həyata qaytarılmasına dair
dövlət siyasətinin həyata keçirilməsində
işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərən prokurorluqlar tərəfindən
qanunamüvafiq tədbirlər görülməklə
hüquq qaydasının möhkəmləndirilməsi,
prokuror təsir tədbirlərindən istifadə etməklə
aidiyyəti dövlət qurumları ilə birlikdə
aparılan quruculuq işlərinə səlahiyyətləri
daxilində dəstək göstərilməsi istiqamətində
zəruri işlərin görülməsi təmin
olunmalıdır.
Əməliyyat
müşavirəsində çıxış edən
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Emin Hüseynov ölkə başçısı İlham
Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağda
aparılan dünyada presedenti olmayan meqalayihələr,
quruculuq işləri, tamamilə dağıdılmış
yüzlərlə yaşayış məskənin
sıfırdan bərpasına dair ətraflı məlumat verməklə
ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına
dair ölkəmizin təcrübəsinin beynəlxalq aləmdə
böyük marağa səbəb olduğunu diqqətə
çatdırıb.
Emin
Hüseynov işğaldan azad edilmiş ərazilərə
böyük qayıdışın başlanması, həmçinin
yenidənqurma və bərpa işlərinin həyata
keçirilməsi ilə əlaqədar müdafiə və təhlükəsizlik
məsələlərin də böyük əhəmiyyət
daşıdığını bildirərək bu istiqamətdə
qarşıda duran vəzifələrin həyata keçirilməsində
xüsusi nümayəndəliklə müvafiq
prokurorluqların əlaqəli fəaliyyətinin xüsusi
önəmə malik olduğunu qeyd edib.
Əməliyyat
müşavirəsində Baş prokurorun müavini-Respublika Hərbi
prokuror Xanlar Vəliyev, Baş prokurorun müavini Heydər Məmmədov
və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət
idarəsinin rəisi Tural Aslanov məruzələrlə
çıxış edərək görülmüş
işlər və qarşıda duran vəzifələr barədə
məlumat veriblər.
Sonda
Baş Prokurorluq üzrə müvafiq əmrlə həvəsləndirilmiş
bir qrup əməkdaşa mükafatlar təqdim edilməklə
işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərən tabe rayon və ərazi hərbi
prokurorluqlarının Qarabağın yenidən həyata
qaytarılmasına dair dövlət siyasətinin həyata
keçirilməsində, o cümlədən
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının etibarlı
müdafiəsi və cinayətkarlığa qarşı
mübarizədə səmərəli fəaliyyət göstərəcəyinə
əminlik ifadə olunub.
Səfər
çərçivəsində Baş prokuror Kamran
Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti
Ağdam şəhərində yerləşən N saylı hərbi
hissədə xidmətdə olan hərbçilərlə
görüşüb Baş prokuror vətən
keşikçilərinin xidmət və məişət
şəraiti ilə maraqlanıb.
Azərbaycan.-2022.- 22 sentyabr.- S.5.