Azərbaycan-Ermənistan münasibətləri ilə
bağlı fikir mübadiləsi
aparıldı
Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon söhbəti
zamanı regionda davamlı sülhün
təmin olunması, gərginliyin aradan
qaldırılması, əldə olunmuş
atəşkəs razılaşmasının təmin edilməsi
və Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşdırılması prosesi ilə
bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2022.- 18 sentyabr.- S.1.