The National” xəbər saytı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə təxribatından yazıb

 

Şotlandiyanın “The National” xəbər saytı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatdan yazıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu, 70-dən çox Azərbaycanın əsgər və zabitinin şəhid olduğu və hərbi infrastruktura ziyan dəydiyi qeyd edilib.

Dərc olunan məqalədə Azərbaycana məxsus torpaqların separatçı Ermənistan tərəfindən zəbt olunması ilə uzun illər davam edən münaqişənin 2020-ci ildə 44 günlük müharibədən sonra geri qaytarılması ilə sona çatdığı qeyd olunub. Müharibə zamanı Azərbaycan tərəfindən 3 minə yaxın insanın şəhid olduğu bildirilib.

Materialda qeyd olunub ki, baş verən hadisələrlə bağlı ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Məqalənin sonunda Prezident İlham Əliyevin öz feysbuk səhifəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən həlak olan hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verdiyiqeyd olunub.

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.6.