Vətən qədər müqəddəs
Yenə silahlar danışdı. Yenə qan töküldü... Yaşlarının ən gözəl çağında 71 ömür, 71 ürəkdə cəmləşmiş minlərlə arzu, xəyal, yarımçıq qaldı. 71 gəncimiz ana qədər əziz olan Vətən torpağını qucaqlayıb, canını candan əziz vətənə qurban verdilər...
Öncə vətəndir
Vətən hər bir şeyin fövqündə durur. "Ana vətən" deyirik. Tərəddüdsüz deyə bilərik ki, ana qədər əziz, ana qədər doğma, müqəddəs olan vətən, yeri gələndə birinci olur. Vətən yolunda tərəddüd etmədən minlərlə gənc canını qurban verməyə hazır olduğunu zaman-zaman göstərib, əməldə sübut edib. Oğullarımızın Vətən üçün özlərinin canlarına, həyatlarına uf demədən qıydıqlarına illərdir şahidlik edirik. 44 günlük Vətən müharibəsi də haqq savaşı olduğu üçün oğullarımız döyüşə tərəddüdsüz yollanmışdılar. Haqlı olduğumuz üçün, ədalətin bərpası üçün Vətən oğulları silaha sarılmışdılar. Apardığımız müharibə təkcə torpaq davası deyil, eyni zamanda haqsızlığa, ədalətsizliyə, qeyri-insani davranışlara etiraz müharibəsi idi.
Oğullarımız ad-san, orden-medal üçün döyüşmürlər.
Vətən üçün, şərəf üçün,
namus üçün
silaha sarılırlar.
İgidlərimiz canlarını vətənə
qurban verib özləri də vətənləşdilər, müqəddəsləşdilər.
Bu gün ana vətənin, gözəl
vətənin bir adı da Səbuhidir,
Elçindir, Elnurdur, Xəyaldır, Niftalıdır,
Kərimdir, Muraddır,
Turaldır… Bu vətən üçün
canını qurban verib vətənləşən,
bayraqlaşan, şəhid
olan hər bir qəhrəmanımız
bizə Vətən qədər əziz, Vətən qədər müqəddəsdir. 44 günlük
Vətən müharibəsi
zamanı 3006 gəncimiz
işğal olunub, düşmən gəzən
o torpaqlarda bayrağımız
dalğalansın deyə
canını vətənə
fəda etdi... Çıxdıqları evlərə,
mənzillərə bayraqlaşıb
döndülər...
Ermənilərin bu il 12 sentyabr
gecəsi sərhədlərimiz
boyu törətdiyi təxribat öz miqyasına görə 44 günlük zəfər müharibəsindən sonra
ən böyük qanlı hadisə oldu. Erməni məkrinə, erməni
xislətinə gözəl
bələdik. Bilirik ki,
sülh danışıqları
adı ilə imitasiya edib, özlərini yazıq göstərən ermənilərin
əsas məqsədi
vaxt qazanıb, güc toplamaqdır.
Görünən budur ki, Ermənistan rəhbərliyi
müxtəlif bəhanələrlə
danışıqlar prosesini
uzadıb, sərhədlərimiz
boyu ağır döyüş texnikası
cəmləşdirir, istehkamlar
qurub xam xəyallara düşübdür.
Demək
ki, 44 günlük zəfər müharibəsi
zamanı aldıqları
dərs yetərincə
olmamışdı. Demək ki,
vampir kimi qana susamışdılar.
44 günlük Vətən müharibəsi
zamanı aldıqları
sarsıdıcı məğlubiyyət
nəticəsində ermənilər
təkcə işğal
etdikləri torpaqları
yox, ağıllarını
da itiriblər. Anlaya bilmirlər ki, Azərbaycan əsgərləri
indi Ermənistanla sərhəddə, işğaldan
azad olunmuş torpaqlarda istehkamlar qurub möhkəmlənib,
ən müasir silahlarla təchiz edilib, o torpaqlarda Komando hərbi hissələri keşik çəkir. Görünən odur ki, şəhid
qanı ilə suvarılıb geri qaytarılmış doğma
ərazilərimizin bizim
üçün, əsgər
və zabitlərimiz üçün nə qədər müqəddəs
olduğunu dərk etmirlər. Azərbaycan əsgəri üçün
torpağı, vətəni
qorumaq nə qədər şərəflidirsə,
torpaq uğrunda şəhid olmaq da o qədər müqəddəs və qürurludur.
Bizim üçün
minlərlə igidimizin
can deyib, can verdiyi, son
anda qanını töküb qucaqlayaraq haqqa tapındığı
Qarabağ torpağı
dünyanın ən müqəddəs yeridir. Əgər məndən soruşsalar ki, dünyanın ən müqəddəs
insanları kimlərdir
və dünyanın ən müqəddəs ziyarətgahı haradadır,
yenə də çəkinmədən deyərdim
ki, şeytandan da şeytan olan erməniyə güllə atan igidlərimiz dünyanın
ən müqəddəs
insanlarıdır, onların
qanının töküldüyü
yer dünyanın ən müqəddəs ziyarətgahıdır.
Hər şey qanla keçir, gendən gəlir, ailədən, düzgün tərbiyədən
başlayır, halallıqdan
yaranır. Vətəni sevmək də, əqidə də, cəsarət də... Özünü fəda etmək bacarığı
da... Ədalətli olmaq hissi də..
Bax, mərd oğullarımız
bu yolu tutub.
Bütün müqəddəs yolun yolçularının ilk məktəbləri,
görüb-götürdükləri yer ataları, anaları, ailələri olub. Müqəddəs dərgaha
gedən yolun başlanğıcı şəhidliyə
gedən yolun ünvanı kimi... Mayası təmiz olmayan adam
təmənnasız sevə
bilməz. Gözü, könlü tox
olmayan canını fəda edə bilməz.
Bu dünyanın
üç müqəddəsinin
- Vətənin,
Ananın və Şəhidin nə haqqı ödənər, nə borcu verilər. Bir də Şəhidlərin!
Vətəni qoruyub vətənin bir parçası olanların,
özlərini vətənə
qurban verib Allah dərgahına ucalanların,
fani dünyanı ilahi eşqə dəyişməyi bacaranların,
Vətənin, elin, obanın dar günündə, qara günündə nur kündəsinə dönüb
səmaya qalxmağı
bacaranların nə haqqı verilər, nə də borcu ödənilər.
Şəhidlik bir nakam sevgidən,
bir ananın selə dönmüş gözyaşından, bir atanın əyilmiş qamətindən, atasız
qalmış övladların
intizarlı baxışından,
ahı, naləsi ərşə ucalan bir bacının yanğısından, bir gözəlin sevgisindən
keçilib gedilən
uzaq bir yoldan keçir. Şəhidlik Allahın seçdiyi yolçuların getdiyi müqəddəs bir yoldan keçir. Dünənə kimi yalnız öz valideynlərinin övladları
olan Samirlər, Xəyallar, Elnurlar, Elvinlər, Fəridlər,
Elçinlər, Mübarizlər,
Orxanlar, Hikmətlər,
Təbrizlər, Kərimlər,
Səbuhilər, Turallar
və digər qəhrəmanlar bu gün Vətənin övladları
olmağı bacardılar.
Dünənə kimi yalnız
yaşadıqları, işlədikləri,
oxuduqları məktəblərdə
tanınan bu igidlər artıq milyonların qəlbində
əbədi məşələ
dönüblər. Adları vətənlə
qoşa çəkilir.
Ömürlərini bu vətənin
ömrünə calayıb,
hər biri vətənləşib, bayraqlaşıb,
müqəddəsləşib.
Analar körpələrinə
şəhid olmuş qəhrəman
oğullarımızın adlarını
qoyacaqlar. Taledə yox, qəhrəmanlıqda,
cəsurluqda, namus, qeyrətdə onlara oxşamalarını arzu edəcəklər. Bir ölüb
min dirilmək, adı
Vətənlə qoşa
çəkilmək ər
kişinin işidir.
Vətəni ərlər qoruyarlar.
Vətəni ər oğullar
Vətən edər.
Vətənimizin ləyaqətli insanlarına,
qəhrəman şəhidlərimizə
bu gözəl günümüz üçün
bir ömür borclu olduğumuzu heç vaxt unutmayacağıq.
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 17 sentyabr.- S.7.