Qafqazda sülhün və təhlükəsizliyin
yeganə təminatı Azərbaycanın şərtləridir
İlham
Əliyevin siyasəti regionda sabitliyə, yeni qlobal layihələrin
reallaşmasına zəmanət verir
İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi-siyasi güc mərkəzi, qlobal enerji və nəqliyyat layihələrinin müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı.
2020-ci ilin Vətən müharibəsindən sonra isə bunların sırasına biri də əlavə olundu - Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, nüfuzunu daha da yüksəltdi.
Regionda postmüharibə dövrü başlandı və yaranmış yeni reallıqların gündəliyini, əlbəttə ki, qalib dövlətin lideri İlham Əliyev müəyyənləşdirməli idi. Azərbaycan Prezidenti bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımları atmağa başladı və bütün çıxışlarında bəyan etdi ki, Cənubi Qafqazda sülhün təminatı, kommunikasiyaların bərpası və yeni əməkdaşlıq formatlarının yaradılması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması mütləqdir. İlham Əliyevin bu təklifinə Ermənistan əvvəlcə dolayısı ilə "yox" desə də, sonradan yeni reallıqları anlayaraq sülh prosesinin başlanmasına razılıq verdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlər isə bu prosesə təkan verdi.
Tarixə qovuşan münaqişə, sülh prosesinə qarşı erməni təxribatı
İlham Əliyev qalib komandan kimi öz şərtlərini irəli sürməli idi. Azərbaycan Prezidenti bununla bağlı 5 prinsipi müəyyənləşdirərək qarşı tərəfə təqdim etdi. Prezident bəyan etdi ki, Azərbaycan yalnız bu prinsiplərin əksini tapdığı sülh müqaviləsinə imza ata bilər.
Əvvəlcə Ermənistan buna etiraz etsə də, ölkənin baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin təkliflərini qəbul etdiklərini açıqladı və Brüsseldə keçirilən 4-cü görüşdə tərəflər arasında razılıq əldə olundu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra bəyanatında müzakirə olunmuş məsələlər üzrə konkret fikirlərini səsləndirərək dedi ki, sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib.
Beləliklə, Avropa İttifaqı Şurasının və şəxsən prezident Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur. Bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar. Çünki artıq ermənilər də dərk edirlər ki, nəinki Qarabağda və Azərbaycanın sərhədləri daxilində, hətta Cənubi Qafqazda baş verən proseslər qalib ölkənin maraqlarına uyğun şəkildə həyata keçirilir. Regionda baş verən bütün proseslərin hərəkətverici qüvvəsi rolunda Azərbaycan iştirak edir.
Brüssel görüşündə Azərbaycan Prezidentinin irəli sürdüyü
və diktə etdiyi şərtlərin nəinki
Ermənistan, həm də beynəlxalq ictimaiyyət və təşkilatlar
tərəfindən qəbul edilməsi onu
göstərir ki, Dağlıq Qarabağla bağlı termin
müzakirə mövzusu deyil.
Qarabağda ermənilərə hər
hansı status verilməsi ilə
bağlı məsələ də artıq həm Ermənistanın,
həm də beynəlxalq təşkilatların gündəliyindən
çıxarılıb. ATƏT-in Minsk qrupu
kimi bir təşkilat da tarixə qovuşub.
Onu da vurğulayaq ki, Avropa İttifaqının
təşəbbüsü ilə keçirilən sülh danışıqları
prosesi bir çox dövlətlər
tərəfindən də
təqdir edilir.
Nensi Pelosinin 120 milyon dollarlıq Ermənistan
"sevgisi"
Amma baş verən son hadisələr,
Ermənsitanın ardıcıl
törətdiyi təxribatlar,
yenə də uydurmalar səsləndirməsi,
Azərbaycanı əsassız
yerə ittiham etməsi sülh prosesinə maneolma cəhdlərindən başqa
heç nə deyil.
Proseslərin gedişatı göstərir
ki, Ermənistan yenə də havadarlarına arxalanaraq məkrli oyunlar oynamağa başlayıb. Bir tərəfdən,
məğlub ölkənin
dövlət sərhədində
təxribatlar törətməsi,
digər tərəfdən,
Fransada baş verən sonuncu hadisə, ABŞ-da Azərbaycan səfirliyinə
qarşı aqressiv hücum eyni ssenarinin tərkib hissəsi sayıla bilər.
Çox
maraqlıdır ki, Amerika Birləşmiş Ştatları bir tərəfdən, Avropa İttifaqının təşəbbüsü
ilə reallaşan sülh prosesinə dəstək verir, digər tərəfdən,
ABŞ Konqresinin Nümayəndələr
Palatasının sədri
Nensi Pelosinin Ermənistana qəfil səfəri və Azərbaycana qarşı ittihamlar səsləndirməsi
bu ölkənin mövqeyində qeyri-müəyyənliyin
olduğunu üzə
çıxarır.
Necə
olur ki, ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək Brüsseldə
Avropa İttifaqının
dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində
keçirilən görüşə
ölkəsinin önəm
verdiyini bildirir, amma N.Pelosi bölgədəki
vəziyyəti təhrif
edən açıqlama
ilə Azərbaycanı
Ermənistan ərazisinə
müdaxilədə ittiham
edir.
Araşdırmalar göstərir ki, Nensi Pelosinin qəflətən Ermənistanda
peyda olması çağdaş dünyamızda
qalmaqallı siyasətçi
kimi tanınan xanım spikerin şəxsi və korporativ maraqlarından irəli gəlir. O da bəlli olur ki, Pelosinin Ermənistana
səfərini ABŞ-dakı
erməni lobbi təşkilatı olan
ANCA və çirkli pulların yuyulması sahəsində ad çıxarmış
rusiyalı biznesmen
Ruben Vardanyan təşkil
edib. Təxmini hesablamalara görə,
bu səfər üçün 120 milyon
dollar vəsait xərclənib.
Bu məbləğin 75 milyonu Ruben Vardanyanın bankından olan köçürmələrdir. 75 milyonun 50 milyonu
Demokratlar Partiyasına
ianə qismində ödənilib. 25 milyon isə N.Pelosinin 3 günlük səfəri və təhlükəsizliyinə xərclənib.
Bu da şübhəsiz
ki, Pelosinin Ermənistana səfərində
korrupsiya amilinin mühüm rol oynadığını bir
daha təsdiqləyir.
Ümumiyyətlə isə, Nensi Pelosinin Azərbaycanın ünvanına səsləndirdiyi
reallıqdan uzaq və absurd fikirləri onun qərəzli, qeyri-obyektiv və qeyri-səmimi siyasətçi,
dövlət rəsmisi
olmasının göstəricisidir.
Rəcəb Tayyib Ərdoğanın
BMT tribunasından Azərbaycana
növbəti dəstəyi
bəzi qüvvələrə
mesaj idi
Bütün bunlar təbii ki, faydasız addımlardır. Çünki Azərbaycan qalib
dövlət kimi regionda öz maraqlarını qətiyyətlə
təmin edir və sülh prosesinin davam etdirilməsində hər
zaman maraqlı olduğunu göstərir.
Fransa və
ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel gündəliyini
dəstəkləməklə prosesə töhfə vermiş olarlar. Amma görünən
odur ki, bu ölkənin bəzi qüvvələri
Ermənistanı qızışdırır
və sülh gündəliyinin irəli
getməsinə imkan vermirlər. Belə çıxır
ki, bu ölkələr
Şarl Mişel və Avropa İttifaqının fəaliyyətinə
geosiyasi qısqanclıqla
yanaşırlar. Əgər belə
olmasaydı, Brüssel
görüşündə adı çəkilməyən,
tarixin arxivinə göndərilmiş Minsk qrupunun
yenidən canlandırılmasına,
Ermənistana əsassız
ümidlərin verilməsinə
can atmazdılar.
Ancaq reallıq budur ki, dünya birliyi Cənubi Qafqazda sülhün bərqərar olunması, yeni dəhlizlərin açılması istiqamətində İlham Əliyevin irəli sürdüyü qlobal layihələri təqdir edir.
Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti dəstəyi də bəzi qüvvələrə mesaj oldu. Türkiyənin Azərbaycanla Ermənistan arasında davam edən normallaşma proseslərini dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox önəmli addımlar atdığını vurğulayan Rəcəb Tayyib Ərdoğan bildirdi ki, son günlərdə yaşanan gərginlik bu müsbət mühitə kölgə salmış olsa da, iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülh sazişinin imzalanmasının mümkün olduğu inandırıcıdır: "Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq".
Rəcəb Tayyib Ərdoğan istənilən məsələdə Türkiyənin Azərbaycana dəstək verəcəyini əminliklə vurğulayb: "Azərbaycanlı qardaşlarımızın haqları və gələcəklərinin inşası mövzusunda verdikləri mübarizədə daim yanlarında olmağa davam edəcəyik".
Bütün bunlar onu deməyə əsas verir ki, artıq kimsə Azərbaycanla təhdid dili ilə danışa bilməz. Əsassız şər-böhtan atmaq da heç bir işə yaramayacaq. Azərbaycan regionun hərtərəfli lideri kimi öz maraqlarını təmin edir və qətiyyətli addımlar atır. Ermənistanın istənilən təxribatı, havadarlarının ikibaşlı oyunları da Azərbaycanı yolundan döndərə bilməz.
İlham Əliyevin söylədiyi kimi, proseslərə bu cür yanaşma yalnız Ermənistanı çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Çıxış yolu yalnız sülh müqaviləsini imzalamaqdan keçir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 22 sentyabr.- S.8.