Nensi Pelosinin erməni lobbisinin
maraqlarına xidmət edən "fəaliyyəti"
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri bu ölkə ilə Azərbaycan arasında hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.
Onun belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir. Xatırladaq ki, Pelosi bundan öncə Çin və Tayvan arasındakı gərginliyin pik vaxtında Tayvana səfər etmişdi.
Bir müddət əvvəl Ermənistan xarici havadarlarının dəstəyinə arxalanaraq geniş hərbi təxribata əl atdı. Silahlı qüvvələrimiz öz peşəkarlığını nümayiş etdirərək ermənilərin hücum cəhdlərinin qarşısını aldı və qətiyyətli cavab əməliyyatı düşmən üçün çox ağır nəticələr verdi.
Əsassız və ədalətsiz ittihamlar
Nensi Pelosinin İrəvanda verdiyi bəyanatda 12-13 sentyabr təxribatlarını Azərbaycanın təşəbbüsü kimi qiymətləndirməsi təəssüf doğurmaya bilməz. Çünki dövlət sərhədində törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Məlumdur ki, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Beynəlxalq müstəvidə xüsusi çəkisi və yeri olan Azərbaycan hər zaman beynəlxalq hüququn və tarixi ədalətin bərpasına çalışır.
Buna baxmayaraq, Pelosinin Azərbaycan əleyhinə əsassız ifadələr səsləndirəcəyi gözlənilən idi. Çünki o, hər zaman ermənipərəsət mövqedən çıxış edib. Xanım spikerin Azərbaycanla təmasa keçmədən birtərəfli bəyanatlar verməsi təcavüzə açıq dəstək verməkdir. O bu səfəri ilə sülhyaratma prosesinə deyil, qarşıdurma prosesinə töhfə verir. Üstəlik, separatçılığı dəstəkləyən Pelosinin İrəvanda demokratiyadan və insan hüquqlarından söz açması əlavə sual yaradır. 82 yaşlı Pelosinin təcavüzkar Ermənistanı dəstəkləməsi, Azərbaycan haqqında əsassız fikirlər səsləndirməsi onun nə dərəcədə "demokrat" olmasından xəbər verir. Əslində, o, gərgin vəziyyətdən istifadə edərək vəzifəsinin müddətinin başa çatmasına iki ay qalmasını nəzərə alıb "erməni dostu" obrazına girmək istəyir. Görünür ki, onun məqsədi ABŞ-da keçiriləcək seçkilərdə ermənilərin səslərini əldə etmək istəyi ilə bağlıdır.
Saxta gözyaşları
Nensi Pelosi
səfər çərçivəsində İrəvanda qondarma "erməni soyqırımı"
abidəsini də ziyarət edib və hətta
saxta gözyaşları da
töküb. Bu onu göstərir ki, amerikalı spiker konkret missiya ilə İrəvana gedib. Onun timsah gözyaşları
isə auditoriyaya hesablanmış növbəti
oyun kimi qəbul edilir. Ermənistanın başı
naziri Nikol Paşinyan qondarma "erməni soyqırımı"nın tanınmasında
şəxsi səylərinə
görə Pelosiyə
minnətdarlıq edib.
Görünür ki, ermənilər hələ
də uydurduqları
yalanlarını ayaq tutub yeritməyə çalışırlar. Bunun üçün
saxta gözyaşları
tökərək özlərinə
tərəfdaşlar axtarırlar.
Hər kəsə məlumdur ki, tarixboyu türk
xalqlarına qarşı
soyqırımı aktlarını
məhz ermənilər
törədiblər. Onlar dəfələrlə
Azərbaycana təcavüz
ediblər, soyqırımları
törədiblər. Bütün bunlar
təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə
atıblar.
İkili standartlar siyasəti davam edir
Ədalətdən danışan Nensi Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti və ərazilərimizin 30 ilə yaxın davam edən işğalı ilə bağlı bu günədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib. Açıq şəkildə aydın olur ki, o bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. Onun İrəvandakı bəyanatları isə sülh prosesini sabotaj etmək məqsədi daşıyır. Hansı ki, bu da Ermənistan dövlətinin marağına xidmət edir. Pelosinin münasibətlərin ruhuna zərbə vuran davranışı təəssüf doğursa da, Bakının itirəcəyi bir şey yoxdur, əksinə, Pelosi Vaşinqtonun özünün regionda dayaqlarını sarsıdır.
Təsadüfi deyil ki, Nensinin İrəvanda saxta gözyaşları axıtdığı bir vaxtda ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Əslində, bununla Ağ Ev söyləmək istəyirdi ki, hansısa spikerin özfəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinə kölgə sala bilməz.
Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasına, əlaqələrin coğrafiyasının genişləndirilməsinə xidmət edir. Ermənistanın bu istiqamətdə aparılan müzakirələrə laqeydliyi, öhdəlikləri yerinə yetirməməsi, üçtərəfli razılaşmaları ləngitməsi cəhdləri onun üçün müsbət heç nə vəd edə bilməz.
Elşən
YƏHYAYEV,
Azərbaycan.-2022.- 22 sentyabr.- S.8.