GAK: “Azərbaycan-Ermənistan sərhədində
baş vermiş hadisələrə
görə birbaşa Ermənistan rəhbərliyi
məsuliyyət daşıyır”
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribaxtları qətiyyətlə pisləyib.
AZƏRTAC xəbər verir ki, GAK məlum məsələ ilə bağlı bəyanat qəbul edib.
Sənəddə deyilir: “Bəzi dövlətlərin əlində xüsusi bir alətə çevrilmiş Ermənistanın bu cür hərəkətləri təkcə Azərbaycan ilə münasibətlər deyil, Cənubi Qafqaz regionu, eləcə də dünyanın özü üçün ciddi təhlükə mənbəyirid. Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan sonunda həmin torpaqlardan biabırçı şəkildə məğlub olaraq qaçmağa məcbur oldu. Hər zaman sülhün, təhlükəsizliyin və bərabər yaşayışın tərəfdarı olan Azərbaycan dəfələrlə Ermənistanı sülhə dəvət edib. Torpaqları xoşluqla azad etməyə çağırıb. Lakin xarici havadarlarının gücünə arxalanan Ermənistan bunu tam əksinə gedərək, təcavüzkar siyasətini davam etdirib.
Lakin, səbrin və dözümün də bir həddi var. Azərərbaycanın da səbrinin həddi var idi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks hücum əməliyyatları nəticəsində cəmi 44 gün ərzində torpaqlar işğaldan azad edildi. Ermənistan məcbur olaraq digər əraziləri də müharibəsiz azad etməyə razı oldu.
Lakin, bu gün Ermənistanın yenidən təxribatlara əl atması bir daha göstərir ki, işğalçı, terroru ən yüksək svəyyədə dəstkləyən Ermənistan hərbi xuntası tarixin dərslərində düzgün nəticə çıxarmayıb. Belə olan halda Azərbaycan sərhəddə sabitlik yaratmaq, öz suveren hüquqlarını bərpa və təmin etmək üçün yenidən öz sözünü deməli, “dəmir yumruq” əməliyyatını yenidən başlamalıdır. Bu Azərbaycanın hüququdur.
Yaranan bütün çətin vəziyyətə, insanların ölümünə görə məsuliyyət isə Ermənistan rəhbrəliyinin üzərinə düşür.
Biz Gürcüstan Azərbaycanlıları Konqresi olaraq əminliklə deyə bilərik ki, Gürcüstan azərbaycanlıları hər zaman Azərbaycan dövlətinin yanındadır. Biz də azərbaycanlı olaraq mənəvi dövlətimiz və vətənimiz uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq!
Yaşasın Azərbaycan dövləti!
Allah
şəhidlərimizə rəhmət eləsin!”
Azərbaycan.-
2022.- 17 sentyabr.- S.8.