Şuşada növbəti beynəlxalq tədbir – Şuşa Türk Biznes Forumu keçirilib

 

Sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, KiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.

Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznesinvestisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici adamlarına təqdim olunmasıdır.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Forumda kənd təsərrüfatı naziri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Türk Ticarət və Sənaye Palatasının və Türkiyə PalatalarBirjalar Birliyinin prezidenti M. Rifat Hisarcıklıoğlu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qırğızıstanın Ticarət və Sənaye Palatası Şurasının sədri Kubaniçbek Kasımalıyev, Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin müavini Farhodjon Toşpulatov Türk dövlətləri arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığına, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafında Türkdilli ölkələrin biznes qurumlarının iştirakına, bu sahədə əməkdaşlıq imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına dair fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində keçirilmişQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiyada Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İxracın və İnvestisiyaların Təşviqi AgentliyininAZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev çıxış ediblər.

Tədbirdə “yaşıl infrastruktur”, kənd təsərrüfatı, qida, bərpaolunan enerji, tekstil, turizm, mədən sənayesi, İKT sektorları üzrə ikitərəfli görüşlər keçirilib.

Sonra Qırğızıstan Respublikasının Ticarət və Sənaye Palatası Şurası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb, Özbəkistanın Sahibkarlığın İnkişafı AgentliyiKiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında birgə tədbirlərin həyata keçirilməsinə dair Yol Xəritəsi təsdiq olunub. Həmçinin “Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası” İctimai Birliyi və Türkiyənin “Kut Ticarət və Marketinq Məhdud Şirkəti”, “Bakı Tekstil Fabriki” MMC və Türkiyənin “İnmak Şirkətlər Qrupu” arasında anlaşma memorandumları imzalanıb.

Forum iştirakçıları, həmçinin Şuşa qalası, Cıdır düzü, Vaqifin məqbərəsi, Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal zamanı güllələnmiş büstləri ilə tanış olublar.

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.10.