“Media Reyestrinin
aparılması Qaydaları”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Media Reyestrinin
aparılması Qaydaları”
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
3.Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
“Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanına
uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
təmin etsin.
4. Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyi:
4.1. Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti
ilə birgə Media Reyestrinin təhlükəsizliyinin
təmin edilməsi üçün zəruri
tədbirlər görsünlər;
4.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2022-ci il
Azərbaycan.- 2022.-27 sentyabr.- S.2.